Paşinyan ordudakı problemlərdən danışdı: Artıq çox gecdir
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında ordudakı problemlərə toxunub.
KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan ordudakı problemlərə görə yalnız Müdafiə Nazirliyini ittiham etməklə razılaşmayıb:
"Orduda problem yarananda hamı Müdafiə Nazirliyini ittiham etməyə başlayır. Amma araşdırsaq görərik ki, bu problemlər orduda formalaşmayıb, mülki həyatdan hissə-hissə gəlib və orada yığılıb. Ona görə də cəmiyyətin bütün məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə qoyması ilə razı deyiləm", – Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, orduda vəziyyəti dəyişmək artıq çox gecdir, çünki problemlər daha erkən, uşaq bağçası və məktəbdə başlayır. O vurğulayıb ki, Ermənistanın təhsil sistemi uşaqları psixoloji hazırlıqla təmin etmir, nəticədə onlar zəif iradəli və həyata hazırlıqsız böyüyürlər.
Paşinyan qeyd edib ki, bu problem ordu islahatlarından daha genişdir və o, məktəbəqədər təhsil müəssisələrindən başlayaraq bütün təhsil sistemi səviyyəsində həll edilməlidir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir