"Paşinyan öz xəttini seçib və tənqid qəbul etmir" - Markedonov

Ermənistanda ictimai-siyasi vəziyyət fevralın 12-dən sonra daha da gərginləşib. Ermənistan parlamentində Aİ-yə üzvlük danışıqlarının başlanmasına dair qanun layihəsi birinci oxunuşda qəbul edildikdən sonra, Rusiya meyilli qüvvələr Paşinyana qarşı hücuma keçdilər. Onların təsir dairəsində olan mətbuat vasitələri Paşinyanın bu addımını Ermənistanın məhvi kimi xarakterizə edir. Rusiya ekspertlərinə geniş meydan verən müxalifət mətbuatı yenə politoloq Sergey Markedonovun analitik məqaləsini yayıb.
KONKRET.az həmin məqaləni təqdim edir.
"Bu, siyasi sürpriz sayıla bilməz. Məsələ ilə bağlı həm baş nazir Nikol Paşinyan, həm də onun komanda yoldaşları bir neçə dəfə öz mövqelərini bildiriblər. Üstəlik, onlar ictimai imza toplamaqla öz mövqelərinin doğruluğunu və belə bir qanunun zəruriliyini əsaslandırıblar. Problemlə bağlı iki aspekt nəzərdən keçirilməlidir. Birincisi, Ermənistan parlamentində faktiki səsvermədir. 107 deputatdan 63-ü "Avropa layihəsi"nin lehinə olub. Nə olursa-olsun, Ermənistanın avropalaşması məsələsində cəmiyyətdə tam konsensus olduğunu demək yanlışdır. Heç də az əhəmiyyət kəsb etməyən ikinci aspekt Ermənistan hakimiyyətinin Avropa perspektivində özünü necə görməsidir. İqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanın əsas tərəfdaş kimi Rusiya ilə əməkdaşlığı davam etdirəcəyini bildirsə də, Moskva erməni nazirlə qətiyyən razılaşmır. Onlar Avrasiya və Avropa inteqrasiyasının bir araya sığmadığını qeyd edirlər. Bundan başqa, İrəvan Azərbaycanla faktiki yarımçıq qalmış münaqişə və təhlükəsizlik defisiti fonunda bəzi kompensasiya mexanizmləri tapmağa çalışır. Ermənistan hakimiyyəti isə Avropa istiqamətinə yaxşı həll yolu kimi baxır. Missiya və münaqişənin həlli bir qədər fərqli şeylərdir. Ermənistan hakimiyyəti öz xəttini seçib və heç bir tənqidi qəbul etməyərək həmin xətt üzrə irəliləyir", – Markedonov vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 18 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 en son xeberler xeber saytlari futbol xeberleri