Paşinyan QORXU İÇİNDƏ: "Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır

Paşinyan QORXU İÇİNDƏ: "Paşinyan bıçağın sümüyə dirəndiyini anlayır".
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Paşinyan QORXU İÇİNDƏ: O, Ermənistan parlamentində Nikol Paşinyanın keçirdiyi qapalı iclasdan sızdırıldığı iddia olunan xəbərləri şərh edib.
Belə ki, "Hraparak" nəşri bu gün yazıb ki, qapalı keçirilən iclasda Paşinyanın komanda üzvlərinə sülh prosesinin nəticə vermədiyini, Azərbaycanın isə dəhliz tələbindən əl çəkmədiyini deyib. Bundan imtina olunduqda isə müharibənin qaçılmaz olacağını diqqətə çatdırıb. Əlavə olaraq, son günlər hakim komandanın üzvlərinin sərhəddə yaxın ərazilərə səfər edərək əhalini hər şeyə hazırlıqlı olmaları ilə bağlı xəbərdarlıq etdikləri ilə bağlı məlumatlar da yayılmaqdadır.
Deputat bildirib ki, Ermənistan, Azərbaycanın qətiyyətli mövqeyindən geri çəkilməyəcəyini yaxşı anlayır:
"Çünki bu qətiyyətimizi bir dəfə görüblər, nəticədə isə üçtərəfli bəyanatla öhdəliklər götürdülər. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, Paşinyan hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Eyni zamanda, müəyyən bəhanələrlə nə ölkəmizə qarşı ərazi iddialarından əl çəkirlər, nə də Azərbaycanın qərb bölgələri ilə Naxçıvana maneəsiz keçidin təmin olunmasına razılıq verirlər. Nəticə etibarilə, sülh prosesinin uzanmasına səbəb məhz Ermənistanın özüdür".
N. Həmzə əlavə edib ki, həmçinin Qarabağ məsələsinin həlli üçün təsis edilən ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün də müraciət etmirlər:
"Əlavə olaraq Azərbaycanın razılığı olmadan sərhəddə Avropa İttifaqı müşahidə missiyası gətirilməsi az imiş kim,i gündən-günə onların say tərkibi də artırılır. Eyni zamanda, onların mandatı 2027-ci ilə qədər uzadılır. Bu amillər üzərinə götürülən öhdəlikləri yerinə yetirməmək üçün vaxt udmaqdan başqa bir şey deyil".
"Belə olan təqdirdə artıq Paşinyan bıçağın sümüyə dirəndiyini anlayır. Onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur. Əks təqdirdə, sülh baş tutmayacaq. Buna görə də o, öz siyasi həmfikirlərini, eyni zamanda, daxili auditoriyanı müxtəlif ssenarilərə hazırlamaq istəyir. Lakin Ermənistanın bizimlə güc dilində danışmaq niyyəti olsa da bunu reallaşdırmaq cəsarətləri yoxdur. Çünki Paşinyan güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır. Nəticədə isə onun həm siyasi karyerası sonlana, həm də Ermənistan çətin vəziyyətə düşə bilər", – əlavə edib.
Həmsöhbətimizin qənaətinə görə, faktiki olaraq Ermənistanın yenidən müharibəyə başlaya bilməsi üçün tutarlı səbəb yoxdur:
"Edəcəyi tək şey üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdir. Həmçinin qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Ölkəmiz mövqeyində möhkəmdir. İlk gündən açıq-şəkildə beş baza prinsipi ilə sülh müqaviləsinin imzalanmasının və Ermənistanın sülh danışıqlarında səmimi olmasının tərəfdarıdır. Çox təəssüf ki, havadarları tərəfindən İrəvanın silahlandırılması, eyni zamanda, müşahidə missiyası adı altında bölgəyə keçmiş hərbçilərin gətirilməsi normallaşma prosesinə kölgə salır. Mütləq şəkildə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə, özləri-özlərini çox çətin və çıxılmaz vəziyyətə salacaqlar". / azxeber.com

Siyasi       Tarix: 11 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeber siyaseti xeberler bugun sou xeberler bugun son.xabar