Paşinyan və rəqiblərinin reytinqi AÇIQLANDI
Son sosioloji sorğunun nəticələri göstərir ki, Ermənistanda siyasi qüvvələrə qarşı etimadsızlıq səviyyəsi yüksək olaraq qalır.
KONKRET.az Modern.az-a istinadla xəbər verir ki, MPG/Gallup International Association tərəfindən təqdim olunan sorğu nəticələrinə əsasən, respondentlərin 8,6%-i "hansı partiyaya etimad edirsiniz" sualına cavab vermək istəməyib, daha 3,4%-i isə cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 28,9%-i "Vətəndaş Müqaviləsi" partiyasına (lider Nikol Paşinyan), 14,9%-i "Güclü Ermənistan"a (lider Samvel Karapetyan), 12,1%-i "Ermənistan" blokuna (lider Robert Köçəryan), 8,7%-i "Çiçəklənən Ermənistan" Partiyasına (lider Qaqik Tsarukyan), 5,8%-i isə "Birlik Qanadları" partiyasına (lider Arman Tatoyan) səs verməyə hazır olduqlarını bildiriblər.
Sorğuda iştirak edənlərin 59,3%-i bildirib ki, əgər seçkilər gələn bazar günü keçirilsəydi, onlar mütləq səsvermədə iştirak edərdilər. Aprel ayında bu göstərici 51,9% təşkil edirdi.
Respondentlərin 14%-i seçkilərdə "daha çox ehtimalla iştirak edəcəyini", 11,4%-i "daha çox ehtimalla iştirak etməyəcəyini", 8,3%-i isə "qəti şəkildə iştirak etməyəcəyini" qeyd edib.
Sorğuda iştirak edənlərin 28,1%-i hesab edir ki, parlament seçkiləri tam ədalətli keçiriləcək, 23,4%-i isə seçkilərin "daha çox ehtimalla ədalətli" olacağını düşünür. Respondentlərin 19,1%-i seçkilərin "daha çox saxtalaşdırmalarla", 17%-i isə "tam şəkildə saxtalaşdırmalarla" keçiriləcəyini bildirib.
Respondentlərin 12,3%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.
Əgər parlament seçkiləri ədalətsiz keçirilsə, sorğuda iştirak edənlərin 40,5%-i küçə mübarizəsinə qəti şəkildə qoşulmağa hazır olduqlarını bildirib. 10,8% respondent "daha çox ehtimalla qoşulacağını", 8,2% "daha çox ehtimalla qoşulmayacağını", 34,7% isə "qəti şəkildə qoşulmayacağını" qeyd edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK