Paşinyan və Tramp TRIPP layihəsini müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində tikinti işlərinin başlanılması ilə bağlı mövqelərini təsdiqləyiblər.
KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nikol Paşinyan və Donald Tramp telefon danışığı zamanı ötən il baş tutmuş Vaşinqton sammitinin İrəvanla Bakı arasında real sülhə gətirib çıxardığını qeyd ediblər. Marqarita pizza
"Paşinyan 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən Sülh sammitinin təşkilinə və Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi Sülh Bəyannaməsini şahid qismində imzalamasına görə Trampa təşəkkür edib, sülhün bərqərar olmasında Prezident Trampın şəxsi səylərinin həlledici əhəmiyyətini vurğulayıb", – deyə məlumatda bildirilib.
Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar.Oxu.Az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir