Paşinyandan Azərbaycanla bağlı AÇIQLAMA
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsinin bağlandığını və sülhün bərqərar olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan bunu 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün ildönümü münasibətilə Ermənistan xalqına müraciətində deyib.
Paşinyan bildirib ki, bir il əvvəl ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə Ağ Evdə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticəsində iki ölkə arasında sülh bərqərar olub.
Onun sözlərinə görə, Ermənistan tərəfi artıq 8 avqust görüşünü "Sülh Sammiti", Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə qəbul etdikləri və Donald Trampın şahid qismində imzaladığı birgə bəyannaməni isə "Sülh Bəyannaməsi" adlandırır.
"Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh hər kəs üçün görünən və hiss ediləndir", – Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, bununla belə, sülh gündəliyinin həyata keçirilməsində son nöqtəyə hələ çatılmayıb. O xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən paraflanmış "Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" hələ imzalanmalı və ratifikasiya olunmalıdır. Paşinyan, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının davam etdirilməli olduğunu bildirib.
"Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub. O, gözünüzün qarşısındadır, həyatınızın və gündəlik həyatın bir hissəsinə çevrilib", – Baş nazir əlavə edib.
O, Ermənistan-Azərbaycan sülhünün bərqərar olmasına verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
"Ermənistan xalqını 8 avqust münasibətilə təbrik edirəm. Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm", – Paşinyan müraciətini yekunlaşdırıb.
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir