Paşinyandan etiraf: ABŞ Ermənistanı dalandan xilas etdi

Paşinyandan etiraf: ABŞ Ermənistanı dalandan xilas etdiErmənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli görüşünün ölkəsini "dalandan çıxardığını" və yeni imkanlar yaratdığını bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan bu barədə Vaşinqton görüşünün birinci ildönümü ilə bağlı müraciətində danışıb.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, 8 avqust 2025-ci ilədək ölkəsi çıxılmaz vəziyyətdə olub, lakin həmin tarixdən sonra Ermənistanın qarşısında geniş perspektivlər açılıb.
"8 avqusta qədər dövlətimiz dalanda idi, 8 avqustdan sonra isə qarşımızda sonsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz bizim kollektiv iradəmizdən asılıdır", – deyə Paşinyan vurğulayıb.
Baş nazir bununla yanaşı, sülh gündəliyinin həyata keçirilməsi prosesinin hələ başa çatmadığını bildirib.
Qeyd etdiyimiz kimi, Paşinyan Vaşinqton sammitinin əsas nəticələrindən biri kimi "Tramp marşrutu" (TRIPP) layihəsini də qeyd edib. Onun sözlərinə görə, bu layihə Ermənistanın və bütövlükdə regionun iqtisadiyyatında mühüm rol oynayacaq.
"Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisəyə çevriləcək", – Ermənistanın baş naziri deyib.
Paşinyan əlavə edib ki, iki ölkə arasında münaqişə səhifəsi artıq bağlanıb və sülh Ermənistan vətəndaşlarının gündəlik həyatının bir hissəsinə çevrilib.
Günay Əli
KONKRET.az

Siyasi       Tarix: 08 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda bugünkü son xəbərlər bugünki xəbərlər hava durumu