Paşinyandan Putini hiddətləndirəcək sözlər – Rusiyaya yeni təhlükə

Paşinyandan Putini hiddətləndirəcək sözlər – Rusiyaya yeni təhlükəErmənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxış edərək, mart ayında qəbul edilən "Avropa İttifaqına üzvlük prosesinə başlamaq" haqqında qanunun ölkə üçün böyük əhəmiyyət daşıdığını deyib. Erməni analitiklər isə bu addımın rəsmi İrəvanı gücləndirmədiyini, əksinə zəiflətdiyini, hətta Moskva ilə münasibətlərdə yeni böhran yaradacağını bildirirlər.
Ermənistanın Aİ-yə üzvlük prosesi ilə bağlı qanunu qəbul etməsi Rusiya ilə münasibətlərdə hansı gərginlikləri yarada bilər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü İrəvanın gözləntilərini doğrultmadı:
"Bu strukturlara üzvlük Ermənistanın iqtisadi inkişafına səbəb olmadığı kimi, təhlükəsizliyini də təmin etmək iqtidarında olmadığını nümayiş etdirdi. Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsindən sonra Moskva ilə müttəfiqlik Ermənistan üçün təhlükəli məsələyə çevrildiyi üçün İrəvan Avroatlantik strukturlara inteqrasiyanı sürətləndirməyə çalışır. "Avropa İttifaqına üzvlük prosesinə başlamaq" haqqında qanun qəbul edilməsi də bu məqsədə xidmət edir. Bu qanunun qəbulundan sonra Rusiya ilə münasibətlərdə yeni böhran yaranacağı ehtimalı azdır. Çünki Rusiyanın gücü qalmayıb. Ukraynadakı hərbi-siyasi uğursuzluq o qədər fəlakətli miqyas alıb ki, Rusiyanın ikinci bir ölkəyə təhlükə mənbəyi olmaq gücü yoxdur".
Politoloq qeyd edib ki, Qərblə gərginliyin artması Rusiyanı postsovet ölkələri ilə normal münasibətlər saxlamağa vadar edir:
"Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətinin prespektivi Rusiya-Ukrayna müharibəsindən, ABŞ-ın və Böyük Britaniyanın Cənubi Qafqazda güclənmək istəklərindən birbaşa asılı olacaq. Əgər Tramp adminstrasiyası 8 avqustda Vaşinqtonda imzalanan sazişlər həyata keçrilməsindən imtina etməsə, Rusiya Cənubi Qafqaz üzərində təsirini tamamilə itirəcək ki, bu da Ermənsitana Moskvanın təzyiq etmə ehtimalın da ortadan qaldıracaq".

Siyasi       Tarix: 29 sentyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 azerbaycan son xeber bugun xeber.az bu gun son xeberler bugun 2026 canli