Paşinyanı hakimiyyətə Qərb və Türkiyə gətirib? - Erməni politoloqdan "Turan dəhlizi" AÇIQLAMASI

"Bu, Zəngəzur dəhlizi deyil, Türkiyənin və Qərbin ehtiyac duyduğu Turan dəhlizidir".
KONKRET.az xəbər verir ki, bu sözləri "hraparak.am" saytında Ermənistan parlamenitinin sabiq deputatı, politoloq Eduard Şarmazanov yazıb.
Həmin məqaləni təqdim edirik:
Paşinyanı hakimiyyətə Qərb və Türkiyə gətirib? - Erməni politoloqdan "Cənubi Qafqazda rabitə kanallarına nəzarət üçün hansı mübarizə gedir? Bu, niyə baş verir? Ermənistanın marağı nədir? Ermənistan hökuməti kimin maraqlarına xidmət edir?
İyulun sonunda ABŞ-ın nümayəndəsi Ceyms O"Brayenin çıxışı dərc olunub, onun fikrincə, ABŞ Rusiya və Çindən yan keçərək Ermənistan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqələri yaratmağa çalışır.
Üstəlik, amerikalı rəsmi bunu Rusiyaya qarşı iqtisadi əks tədbirlərin görülməsi kontekstində deyib. O hesab edib ki, bu, Rusiyanın strateji məğlubiyyətinə gətirib çıxaracaq.
Heç kimə sirr deyil ki, Qərb əvvəlcə Gürcüstanı Rusiyaya qarşı mübarizədə mühüm forpost hesab edirdi, lakin gürcülərdən rədd cavabı alandan sonra diqqətini Ermənistana yönəltdi.
Qərb Paşinyana "Rusiyadan ayrılıb cəsarətli addımlar atmaq" üçün açıq siqnal verdi.
Nə Paşinyan, nə də hər hansı məmur açıq şəkildə O"Brayenin direktivlərinə qarşı çıxmadı, Qərb vassalı statusunu qəbul etdilər.
Hər əlverişli və yersiz məqamda suverenlikdən danışan Paşinyan dilinə gətirmədi ki, Ermənistan Respublikası suveren dövlətdir və onun daxili işlərinə heç kim qarışa bilməz.
Lakin Paşinyandan fərqli olaraq, Gürcüstan hakimiyyəti Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsinin yolverilməz olduğunu bəyan edib.
Mətbuatın yazdığına görə, hakim "Gürcü Arzusu"nun fəxri prezidenti Bidzina İvanişvili hətta bir neçə gün əvvəl Tbilisiyə gələn Amerika rəsmiləri ilə görüşməkdən imtina edib.
Gürcüstan hakimiyyətinin bu davranışı Qərbi Ermənistana daha çox diqqət yetirməyə məcbur etdi.
Kollektiv Qərb Ermənistan hakimiyyətinə açıq şəkildə rəhbərlik etməyə başladı və biz Palanq hökumətinin qərbyönlü bəyanatlarının şahidi olduq.
O`Brayen açıq mətnlə Azərbaycan və Ermənistan arasında Rusiya, İran və Çinin maraqlarına zidd olan nəqliyyat əlaqələrinin zəruriliyindən danışıb.
Qeyd edək ki, amerikalı rəsmi bu cür bəyanatlarla Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı son 2,5 ildə baş verən hadisələrin, o cümlədən Paşinyanın 2022-ci il oktyabrın 6-da Praqada Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmasının Vaşinqtonn danışıqlarının tərkib hissəsi olduğunu bəyan edib.
Aydındır ki, Qarabağ problemi mövcud olduğu müddətdə Mərkəzi Asiya ölkələrini Azərbaycan, Ermənistan və Türkiyə ilə birləşdirən nəqliyyat layihəsinin həyata keçirilməsi çətin idi.
Qarabağın Azərbaycana verilməsindən (?) sonra isə "orta dəhliz" layihəsini həyata keçirmək üçün Qərbin əlləri boşaldı.
Bu plana mane olan Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikasının keçmiş hakimiyyət orqanları idi və onların siyasi kredosu "Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz" tezisi idi.
Ona görə də Qərb və Türkiyə ilk dəfə 2018-ci ildə, eləcə də 2020-2023-cü illərdə Ermənistanda rəngli inqilab həyata keçirdi, Nikolun köməyi ilə Qarabağı təslim etmək və əhalini çıxarmaq əməliyyatını həyata keçirdilər.
Danılmazdır ki, Ermənistan Qərbə yalnız İran və Rusiyaya qarşı alət kimi lazımdır.
İran isə bunu çox gözəl anlayır.
Təsadüfi deyil ki, İranın ruhani lideri Əli Xamenei Nikol Paşinyanla görüşü zamanı "xarici dövlətlər qonşuların münasibətlərinə qarışmamalıdır və Zəngəzur dəhlizi Ermənistanın maraqlarına cavab vermir" deyə xəbərdarlıq edib.
Heç kimə sirr deyil ki, İran dəfələrlə Aİ müşahidəçilərinin Ermənistanda yerləşdirilməsi və Qərbin regionda mövqelərinin güclənməsi ilə bağlı narazılığını bildirib.
İran bu dəhlizin Türkiyənin və Qərbin maraqlarına xidmət edəcəyini çox gözəl bildiyi üçün qəti şəkildə bu dəhlizin əleyhinədir.
Məhz bu səbəbdən İranın Strateji Araşdırmalar Şurası "Turan dəhlizi" yaratmaq üçün Qərbin son Qarabağ müharibəsinin zəruri olduğu fikrini ifadə etdi.
Təsadüfi deyil ki, İranda bu dəhlizə "Zəngəzur dəhlizi" və ya "Erməni yolayrıcı" deyil, "Turan dəhlizi" deyirlər.
Belə bir vəziyyətdə Moskva-Tehran-Pekin strateji ittifaqı yaratmaq mümkündür. Burada Ermənistan da öz sərfəli yerini tuta bilər", deyə o, qeyd edib.
Rəsmiyyə Şərifova
KONKRET.az

Siyasi       Tarix: 13 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber cəbhədən xəbər sonxəbər son.xeber