Paşinyanın Azərbaycanın qarşısında kifayət qədər gücü yoxdur - Aram Manukyan
Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən başqa güzəştlər əldə etmək üçün istifadə edir.
KONKRET.azxəbər verir ki, bunu "Ermənistan Milli Konqresi" partiyasının sədr müavini, parlamentin keçmiş deputatı Aram Manukyan Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümündə Sputnik Ermənistan-a bildirib.
"Azərbaycana bu, lazım deyil, bunu başqa tələbləri irəli sürmək, başqa güzəştlər əldə etmək üçün edir", – Manukyan deyib.
Onun fikrincə, bu tələb daha çox erməni xalqının mənəvi alçaldılmasına, onların arasında komplekslərin yaradılmasına yönəlib.
Sabiq deputat xatırladıb ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda belə tələblər olmayıb. Bu və digər tələblər sonradan ortaya çıxıb.
Manukyan hesab edir ki, Azərbaycanın Ermənistana qoyduğu real tələblər arasında Zəngəzurdan dəhlizin açılması, qərbi azərbaycanlıların köçürülməsi məsələsi və Cermukdan Azərbaycan qoşunların çıxarılmasından imtina da var.
Bundan əlavə, bu siyahıya beynəlxalq orqanlarda hüquqi iddialardan imtina da əlavə edilə bilər.
O, qeyd edib ki, Bakı bütün bunları İrəvan qəbul edənədək tələb edəcək:
"Paşinyanın fikrincə, Azərbaycanın hücuma keçməməsi üçün hər şeyi növbə-növbə vermək lazımdır. Amma bu siyahı bitməyəcək, bunun nə vaxtsa dayandırılması lazımdır. Paşinyanın isə buna kifayət qədər gücü yoxdur: onun nə diplomatik dəstəyi var, nə də daxili dəstəyi var. Bu "anormal mərhələ" Paşinyanın istefasından sonra başa çata bilər. Görünür, başqa variant yoxdur".
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl Ermənistan Konstitusiyasını dəyişdirmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasının mümkün olmadığını bildirib.
Natiq Səlim,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb