Paşinyanın BMT-dən bəyanatı diqqət çəkdi - Kreml buna qəzəblənəcək
"Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının tribunasından bəyan edib ki, bu ilin mart ayında qəbul edilmiş "Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq haqqında" qanun ölkə üçün böyük əhəmiyyət daşıyır".
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, əslində bu qanun bir neçə baxımdan zəif və həssasdır:
"Birincisi, Aİ standartlarına uyğunlaşmaq üçün heç bir qanun tələb olunmurdu. Konkret islahatlar aparmaq kifayət edərdi – müstəqil məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə, rəqabətli iqtisadiyyat. Paşinyanın istinad etdiyi qanun Aİ standartlarına uyğunlaşma aləti deyil, əksinə Rusiya ilə münasibətləri korlamaq və ölkənin strateji istiqamətini dəyişmək üçün siyasi bəyanatdır.
İkincisi, Brüsseldən heç bir siqnal olmayıb. Aİ rəsmi olaraq heç vaxt Ermənistanla üzvlük prosesinə başlamağa hazır olduğunu bildirməyib. Belə çıxır ki, Ermənistan birtərəfli şəkildə bir qanun qəbul edir. Bu da heç bir real nəticə vermir, amma ölkənin xarici siyasətində qeyri-müəyyənliyi dərinləşdirir".
Politoloq qeyd edib ki, sözügedən addım Ermənistanı gücləndirmir, əksinə daha da zəiflədir:
"Bu, Rusiya ilə münasibətlərdə yeni bir böhran yaradır, lakin Avropa İttifaqının hər hansı real addım atacağına dair heç bir təminat yoxdur. Paşinyan üçün Avropaya inteqrasiya sadəcə təbliğat vurğusudur, real dövlət strategiyası deyil. Ermənistan üçün isə bu, yalnız yanlış istiqamət seçimi və düşünülməmiş addım deyil, həm də ölkəni yeni risklər qarşısında qoyan açıq-aşkar macəraçılıqdır".
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib