Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifinq zamanı bildirib ki, layihənin dəqiq təqdimat tarixini açıqlaya bilməsə də, yeni Konstitusiyanın mətni ilin sonunadək dərc ediləcək.
Ermənistanda Konstitusiyanın dəyişdirilməsi təşəbbüsü hakimiyyət tərəfindən son illərdə aparılan islahatların tərkib hissəsi kimi təqdim olunur. Rəsmi İrəvan hesab edir ki, mövcud Konstitusiya ölkənin hazırkı siyasi və hüquqi reallıqlarına tam uyğun gəlmir və yeni idarəetmə modeli, dövlət institutlarının fəaliyyəti, vətəndaş hüquqları, məhkəmə sistemi və digər mühüm məsələlər üzrə dəyişikliklərə ehtiyac var.
Yeni Konstitusiya ilə bağlı müzakirələrin əsas mövzularından biri isə sənəddə yer alan bəzi müddəalardır. Xüsusilə Azərbaycanın uzun illər etiraz etdiyi, Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən hissələrin dəyişdirilməsi məsələsi diqqət mərkəzindədir. Azərbaycan həmin bəyannamədə ölkənin ərazi bütövlüyünə qarşı iddialar əks olunduğundan, davamlı sülh sazişinin imzalanması üçün bu müddəaların Konstitusiyadan çıxarılmasıni istəyir. 
Milli Məclisin deputatı Elçin Mirzəbəyli azxeber.com-a açıqlamasında deyib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin fundamental prinsiplərindən irəli gəlir:
Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?"Azərbaycanın mövqeyi kifayət qədər aydındır və bu mövqe hər hansı əlavə tələb deyil, beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin fundamental prinsiplərindən irəli gəlir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas yaradan müddəaların mövcudluğu sülh prosesinin qarşısında duran əsas maneələrdən biridir. Əgər İrəvan regionda uzunmüddətli sabitliyin və normal qonşuluq münasibətlərinin formalaşmasında həqiqətən maraqlıdırsa, həmin müddəaların yeni Konstitusiyada öz əksini tapmaması və ya tamamilə aradan qaldırılması zəruridir.
Paşinyan hakimiyyəti son dövrlərdə bu istiqamətdə müəyyən siqnallar versə də, yekun nəticəni yalnız dərc olunacaq layihənin məzmunu əsasında qiymətləndirmək mümkündür. Ona görə də indiki mərhələdə bəyanatlardan daha çox hüquqi sənədin konkret məzmununa diqqət yetirmək lazımdır. Azərbaycan üçün əsas məsələ Ermənistanın gələcəkdə hər hansı revanşist iddialar üçün provokativ əsas saxlamamasıdır".
Parlamentari qeyd edib ki, konstitusiyanın dəyişdirilməsi avtomatik olaraq sülh sazişinin imzalanacağı anlamına gəlmir:
"Konstitusiyanın dəyişdirilməsi avtomatik olaraq sülh sazişinin imzalanacağı anlamına gəlmir. Bu, sülhə aparan yolda ən vacib şərtlərdən biri sayıla bilər, lakin yeganə şərt deyil. Sülh yalnız sənəd imzalamaqla deyil, həm də həmin sənədin arxasında dayanan siyasi iradə və hüquqi təminatlarla ölçülür. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması tərəflər arasında etimadın formalaşmasına ciddi töhfə verə bilər. Bununla belə, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, revanşist yanaşmalardan imtina və imzalanacaq razılaşmaların praktik müstəvidə icrası kimi məsələlər də sülh prosesinin ayrılmaz tərkib hissəsidir.
Bu baxımdan Konstitusiyanın dəyişdirilməsi sülhün özü deyil, sülh üçün vacib siyasi zəmin yaradan mühüm addım kimi qiymətləndirilməlidir".
Şahanə Ziyad

Siyasi       Tarix: 09 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda ən son xeberler son.xeberler son xəbər