Paşinyanın Putinə "yox" deməsi Ermənistana nəyin bahasına başa gələcək - SENSASİON DETALLAR

Paşinyanın Putinə Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş verən fikir ayrılığı diqqət çəkən siyasi mesaj kimi qiymətləndirilir. Paşinyanın "Rusiya pasportu olanların seçkilərdə iştirakı" ilə bağlı səsləndirilən fikirlərə açıq etiraz etməsi İrəvanın Moskva qarşısında daha sərt və müstəqil mövqe tutduğunu göstərir. Bu addım həm də Ermənistanın xarici siyasət kursunda dəyişikliklərin dərinləşdiyini və regionda yeni geosiyasi reallıqların formalaşdığını göstərən mühüm siqnal kimi dəyərləndirilir.
Bəs bu qarşıdurma Ermənistan–Rusiya münasibətlərində hansı yeni mərhələnin başlanğıcından xəbər verir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Putinin səsləndirdiyi fikir dolayısı ilə Rusiyada fəaliyyət göstərən erməni əsilli milyarder Samvel Karapetyan kimi fiqurlara işarə ola bilər:
Paşinyanın Putinə "Samvel Karapetyan Rusiyada formalaşmış və müəyyən dairələrin dəstəyi ilə Ermənistan siyasətinə daxil olmağa çalışan fiqurdur. Ermənistan hakimiyyəti onun seçkilərdə iştirakına imkan vermək istəmir. Rusiya isə bu kimi şəxslər vasitəsilə ölkənin daxili siyasi proseslərinə təsir göstərməyə çalışır. Bu isə birbaşa Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və rəsmi İrəvan üçün qəbuledilməzdir".
Politoloqun sözlərinə görə, Paşinyanın Kremldə bu məsələyə sərt reaksiya verməsi təsadüfi deyil:
"Paşinyan bu mövzuya necə münasibət göstərilməli idisə, məhz elə də reaksiya verdi. Bir ölkənin digərinin daxili işlərinə qarışması normal hal deyil. Rusiya isə Ermənistanı öz təsir dairəsində saxlamaq niyyətindən geri çəkilmir. Putinin bu məsələdə israrlı mövqeyi də bundan qaynaqlanır".
Ekspert hesab edir ki, baş verənlər Ermənistan–Rusiya münasibətlərində dönüş nöqtəsi ola bilər:
"Artıq görünən odur ki, münasibətlər yeni mərhələyə qədəm qoyur. Ermənistan faktiki olaraq Rusiyanın təsirindən uzaqlaşır. İrəvan Qərbə inteqrasiya prosesini sürətləndirir, Rusiyanın orbitində olan bəzi təşkilatlardan uzaqlaşmağa çalışır. Bu reallıq artıq açıq şəkildə müşahidə olunur".
Zeynal Əmrəliyev əlavə edib ki, qarşıdakı dövrdə bu xətt daha da güclənəcək:
"Seçkilərdən sonra Paşinyan komandası bu siyasi kursu daha da möhkəmləndirəcək. Ermənistanın Qərbə inteqrasiyası sürətlənəcək və bu da regionda geosiyasi balansın dəyişməsinə səbəb olacaq".
Qeyd edək ki, son dövrlərdə Ermənistanın xarici siyasətində müşahidə olunan dəyişikliklər, xüsusilə də Rusiya ilə münasibətlərdə yaranan gərginlik regionda yeni siyasi düzənin formalaşması ehtimallarını artırır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 06 aprel 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər cəbhədən son durum xeberler bu qun gunun xeberleri