Paşinyanın RİYAKAR OYUNU: "İrəvan niyə öncə sülh imzalamağa, sonra Minsk qrupunu buraxmağa çalışır? 

Paşinyanın RİYAKAR OYUNU: Paşinyanın sülh müqaviləsini imzalamağa hazır olduğunu deməsi və yenidən bu cür açıqlama ilə gündəmə gəlməsi  müəyyən suallar doğurur. Belə ki, Nikol ATƏT-in Minsk qrupunun ləğvi məsələsinin sülh müqaviləsi imzalanandan dərhal sonra həll ediləcəyini bildirib. Bu arada Mirzoyan da qeyd etmişdi ki, sülh müqaviləsindən 10 dəqiqə sonra Minsk qrupunun buraxılması ilə bağlı müraciəti imzalamağa hazırdırlar. Bəs görəsən, niyə hər iki sənədi eyni anda yox, müəyyən vaxt məsafəsi ilə imzalamağa çalışırlar?
Mövzunu KONKRET.az-a politoloq Oqtay Qasımov şərh edib:
Paşinyanın RİYAKAR OYUNU: "Ermənistan tərəfinin açıqlamaları ictimai rəyi çaşdırmağa yönəlib. İrəvan sülh müqaviləsinin mətni razılaşandan sonra davamlı şəkildə bu sənədi imzalamağa hazır olduğunu bəyan edir və hətta Azərbaycana iftira atmaqdan da çəkinmir. Mirzoyan iddia edir ki, sülh mətni razılaşdırılandan sonra guya rəsmi Bakı tərəfindən yeni şərtlər irəli sürülüb. Bu, tamamilə absurddur. Çünki Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi ilə bağlı məsələ ən azı 3 ildir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur. Ermənistan özü də çox yaxşı anlayır ki, ATƏT-in Minsk qrupuna heç bir ehtiyac yoxdur. İrəvanın niyyəti prosesi mümkün qədər uzatmaqdır. Ermənistan uyğun beynəlxalq şərtlər yaranacağı təqdirdə öz istədiyi formada məsələni həll etmək istəyir. Yəni İrəvanın Minsk qrupunun buraxılması məsələsini sülh sazişindən sonraya saxlamaqda məqsədi məhz budur. Onsuz da Azərbaycan bu iki məsələni İrəvana şərt kimi irəli sürüb. Konstitusiya məsələsi müəyyən zaman alacaq. Çünki cəmiyyəti buna alışdırmaq lazımdır. Ona görə də, Paşinyanın sülh açıqlamaları zaman qazanmağa hesablanıb".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 15 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər idman xeberleri xeberler bu gun cəbhədən son dəqiqə