Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə gedib. Məlumata görə, Paşinyan Rusiyaya səfəri çərçivəsində İNNOPROM-2026 beynəlxalq sənaye sərgisinə qatılacaq və sərgi çərçivəsində keçiriləcək "Sənaye 360" mövzusuna həsr olunmuş plenar iclasda iştirak edəcək.
Paşinyanla Rusiyanın Baş naziri Mixail Mişustin arasında görüş də planlaşdırılır.
Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında münasibətlər uzun müddətdir əvvəlki səviyyədə deyil. Son dövrlərdə iki ölkə arasında bir sıra məsələlərə görə fikir ayrılıqları müşahidə olunur və bu, münasibətlərdə gərginliyə səbəb olub.
Politoliq Oqtay Qasımov azxeber.com-a açıqlamasında deyib ki, Paşinyan Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır:
"Paşinyanın Rusiyaya səfəri rəsmi dövlət səfəri deyil. Nəzərə almaq lazımdır ki, o, Moskvaya deyil, Urala səfər edəcək. Bundan bir müddət əvvəl də Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin və Nikol Paşinyan arasında telefon danışığı baş tutmuşdu. Paşinyan, görünür, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır. Çünki son bir neçə ay ərzində Rusiya tərəfindən Paşinyan hakimiyyətinə qarşı ciddi tənqidlər və təzyiqlərin şahidi olmuşuq. Xüsusilə də Rusiyanın Ermənistana qarşı müxtəlif təzyiq alətlərini işə salınıb".
O qeyd edib ki, Rusiya da müəyyən mənada reallıqları nəzərə alaraq Paşinyan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyə çalışacaq:
"Lakin bir neçə gün əvvəl Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini elan etdikdən sonra Rusiya da müəyyən mənada reallıqları nəzərə almağa məcbur olacaq və Paşinyan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyə çalışacaq. Paşinyan iki ölkə arasında əlaqələri normallaşdırmaq üçün səfəri fürsət kimi dəyərləndirməlidir. Putinlə Paşinyan arasında görüş olmayacaq. Rusiya ilə Ermənistan arasında münasibətlərin tam normallaşması üçün hələ müəyyən zaman tələb olunacaq".
Şahanə Ziyad

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK