Paşinyanın təcili Moskva səfərinin PƏRDƏARXASI: Azərbaycana qarşı yeni plan, yoxsa...?

Paşinyanın təcili Moskva səfərinin PƏRDƏARXASI: Azərbaycana qarşı yeni plan, yoxsa...?Ermənistanın baş naziri Nikol Paşinyanın Avropadan sonra Moskvaya səfəri regionda diqqət mərkəzinə çevrilib. Səfərin rəsmi xarakter daşımadığı bildirilsə də, Avrasiya İqtisadi İttifaqının toplantısında iştirakı çərçivəsində baş tutacaq görüşlərdə həm Ermənistan–Rusiya münasibətləri, həm də Güney Qafqazdakı gərgin məsələlər müzakirə olunacaq. Maraqlıdır, Paşinyanın Moskvaya səfərində nələr müzakirə oluna bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, görüş zamanı ilk növbədə Paşinyanın Aİİ ilə münasibətləri, eləcə də Ermənistan–Rusiya əlaqələrinin vəziyyəti müzakirə ediləcək. Onun sözlərinə görə, əgər Vladimir Putinlə ikitərəfli görüş baş tutarsa, qarşılıqlı münasibətlərə dair daha detallı məsələlər gündəmə gələ bilər.
Şərhçinin fikrincə, müzakirələrin ən vacib hissəsi Güney Qafqazdakı proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin açılması kimi məsələlər olacaq:
"Bir çox qüvvələr, o cümlədən Rusiyada müəyyən dairələr keçmiş Qarabağ kartından istifadə etməyə çalışırlar. Ermənistanın bu avantüraya gedib-getməyəcəyi isə sual altındadır. Bu addım onlar üçün kifayət qədər riskli ola bilər", – Qasımov deyib.
Paşinyanın təcili Moskva səfərinin PƏRDƏARXASI: Azərbaycana qarşı yeni plan, yoxsa...?Onun sözlərinə görə, Paşinyan bu proseslərdə maksimum manevr etməyə çalışacaq. Əgər Moskvanın Cənubi Qafqazla bağlı mövqeyi konstruktiv olarsa, aparılan müzakirələr regionun xeyrinə nəticə verə bilər.
"Rusiya bir tərəfdən Paşinyanla əməkdaşlıq etsə də, digər tərəfdən özünün "5-ci kolonu" vasitəsilə ona təzyiq göstərməyə, imkan yarandıqda isə onu devirməyə cəhd edir. Bu səbəbdən Ermənistan və Rusiya arasında müzakirə olunacaq kifayət qədər geniş mövzular mövcuddur.".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 13 dekabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler krminal bu gun sonxeberler bugunun xeberleri