"Payızda Paşinyanı devirmək planı var, erməni kəşfiyyatı təşkilatçıları axtarır" - Zərdüşt Əlizadənin PROQNOZU

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini deyib. Vurğulamaq yerinə düşər ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi imzalamaq üçün əsas şərt kimi ölkə konstitusiyasının dəyişdirilməsini göstərib.
Maraqlıdır, sülhün əldə edilməsi 2027-ci ildən tez baş verməzsə, proseslər hansı məcrada inkişaf edəcək? Bu, yeni müharibə ehtimalını gücləndirirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zərdüş Əlizadə payızda Ermənistanda çevriliş ola biləcəyini deyib:
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan konstitusiya islahatları keçirməyəcəksə, onlarla sülh müqaviləsi imzalanmayacaq. Görünən odur ki, məsələ 2027-ci ilə qədər uzanacaq. Ölkə başçısı İlham Əliyev qeyd edib ki, tərəflər arasında yalnız ümumi müddəaları özündə əks etdirən sənəd imzalana bilər. Baxın, hazırda qonşu ölkədə ciddi proseslər baş verir. Ehtimal olunur ki, Rusiyayönümlü müxalifət payızda Nikol Paşinyanı devirmək üçün çevrilişə cəhd etsin. Məlumdur ki, baş nazir mitinqlərlə postundan salına bilməz. Narazı qüvvələr qan tökülməsini istəyəcəklər. Bundan sonra isə revanşist hərbi birləşmələr Paşinyanı devirməyi planlaşdırır. Hazırda erməni kəşfiyyatı təşkilatçıları müəyyən etməyə çalışır".
Ekspert vurğulayıb ki, Paşinyanın postunda qalacağı halda, sülh müqaviləsi daha tez imzalana bilər:
"Paşinyan çevrilişin qarşısını ala və postunda qala bilsə, ruspərəst qüvvələr ölkədən qovulacaq. Bundan sonra hətta 2025-ci ildə sülh müqaviləsinə imza atıla bilər. O, vaxt qazanmağa çalışır. Həmçinin ola bilər ki, növbədənkənar parlament seçkiləri baş tutsun və qısa müddət ərzində Bakıda Ermənistanın, İravanda isə Azərbaycanın səfirlikləri açılsın. Qeyd etmək lazımdır ki, proseslər Paşinyanın arzuladığı şəkildə gedərsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) təmsilçilikdən də imtina edəcək. Türkiyə ilə münasibətlərin nizama salınması da planlar arasındadır. Yox, əgər müxalifət qalib gələcəksə, o zaman Ermənistana yenə böyük zərbə dəyəcək. Münasibətlərimiz normasında olmayacaq, Rusiyadan asılı qalacaqlar. Müharibə istəyəcəklərsə, yenə də qalib Azərbaycan olacaq. Çünki qüvvələr nisbəti hamıya məlumdur. Odur ki, proseslərin necə davam edəcəyi barədə payızdan sonra daha aydın fikir yürütmək olar".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 30 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal oxu.az xeberler valyuta mezenesi metbuat