Paytaxtda betonqarışdıran maşınla işləyən fəhlə faciəvi şəkildə öldü
Fevralın 4-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən xəsarət alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Open.az-a Xəzər Rayon Rrokurorluğundan məlumat verilib.
Aparılan ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Vahid Vəliyev qeyd edilən ərazidə fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı betonqarışdıran maşının pompasının başına dəyməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub