"Pəncəli Ürəklər" sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir
Qırmızı Ürəklər Fondu sahibsiz heyvanlara dəstək məqsədilə mütəmadi olaraq həyata keçirdiyi "Pəncəli Ürəklər" aksiyasını davam etdirir.
azxeber.com xəbər verir ki, aksiya çərçivəsində 3-20 fevral 2026-cı il tarixləri ərzində Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən Kapital Bank/Birbank filiallarının qarşısında sahibsiz heyvanlar üçün yuvalar və yem qabları quraşdırılır.
Aksiyaya qoşulmaq və daha çox heyvana kömək etmək istəyən hər kəs vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də Birbank və m10 mobil tətbiqlərindən, Birbank/Kapital Bank terminallarından Qırmızı Ürəklər Fonduna ianə edə bilərlər. Toplanan vəsaitlər sahibsiz heyvanların qida və digər ehtiyaclarının qarşılanması üçün istifadə edilir.
"Pəncəli Ürəklər" aksiyasının əsas məqsədi cəmiyyətdə heyvanlara qarşı qayğı və məsuliyyət hissini gücləndirmək, sahibsiz heyvanlara qarşı diqqəti artırmaqdır. Layihə vasitəsilə vətəndaşlar küçə heyvanlarının həyat şəraitinin yaxşılaşdırılmasına birbaşa töhfə vermək imkanı əldə edirlər.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz.
Turlar.az [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu