Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər

Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır".
Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, 500 manat pensiya alan şəxsin pensiyası 10 faiz artırıldıqda artım 50 manat olur, 2000 manat pensiya alan şəxsdə isə artım 200 manat olur.:
"500 manat alan şəxs 550 manat, 2000 alan isə 2200 manat alır. Deməli, indeksasiyadan əvvəl bu iki pensiya arasında 1500 manat fərq var idisə, eyni faizlə artımdan sonra fərq 1650 manata çatır, yəni, çox alanın nominal artımı daha çox artır və bu faiz kontekstində təbiidir. Diferensial indeksasiya tətbiq olunanda isə artım sürəti dəyişir. Tutaq ki, orta aylıq əməkhaqqı 1200 manat, indeksasiya isə 10%-dir. Bu halda 2000 manat pensiyanın 1200 manatlıq hissəsi 10% artır və 1320 manat olur. Qalan 800 manatlıq hissəyə 0,5 əmsalı tətbiq edilərsə, həmin hissə 5% artır və 840 manat olur. Nəticədə 2000 manat pensiya 2200 manata yox, 2160 manata yüksəlir. Yəni, fərq yenə artır. Amma əvvəlki kimi 150 manat deyil, 110 manat artır. Diferensial indeksasiyanın əsas məntiqi budur. Aşağı pensiya alanın artım faizini qorumaq və yüksək pensiyalarla aradakı fərqin daha sürətlə böyüməsini zəiflətmək. Bu proses hər il təkrarlandıqca nominal fərq də böyüyür. Halbuki aşağı pensiya alan şəxsin gəlirində ərzaq, kommunal xidmətlər, dərman və digər zəruri xərclərin payı daha yüksək olur.
Bu baxımdan diferensial indeksasiyanın iqtisadi və sosial məntiqi var. Aşağı və orta pensiyaların indeksasiyasını tam saxlamaq, daha yüksək pensiyalarda isə müəyyən həddən sonrakı hissəyə fərqli yanaşmaq gəlir fərqinin yalnız indeksasiya hesabına sürətlə genişlənməsini zəiflədə bilər. Bu yanaşma pensiya sisteminin maliyyə yükünü də müəyyən qədər azalda bilər. Eyni zamanda yaranan əlavə maliyyə imkanları gələcəkdə aşağı və orta məbləğdə pensiyaların daha yüksək səviyyədə indeksasiyasına yönəldilə bilər. Amma məsələnin digər tərəfi də nəzərə alınmalıdır. Yüksək pensiya alan şəxs əmək fəaliyyəti dövründə daha çox sosial sığorta haqqı ödəyibsə, onun qazandığı pensiya hüququ qorunmalıdır. Ona görə ən düzgün yanaşma aşağı pensiya alanları daha çox qorumaqla yanaşı, sosial sığorta prinsipini də pozmayan balanslı mexanizmin qurulmasıdır". / azxeber.com

İqtisadiyyat       Tarix: 06 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. xəbər verir ki. bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb

Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış "Aqrar sahə haqqında" yeni qanunun layihəsi ictimai müzakirəyə təqdim edilib. "Aqrar sahə haqqında" yeni qanun layihəsi kənd təsərrüfatında geniş dəyişikliklə

Azərbaycanda hərbçilərin maaşı artırılır

Azərbaycanda hərbçilərin maaş və pensiyası artırılır. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilir. Dəyişikliklər layihəsi Milli Məclisə daxil olub və Müdafiə, təhlükəsizlik və korrupsiy

Bakı-Naxçıvan reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) sentyabrın 28-də planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşları

Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit

Yeni ev almaq istəyirsən, amma qarşıda bircə mənzil yox,çoxlu sual dayanır: harada olsun, neçə otaqlı olsun, hazır olsun, yoxsatikintidən seçim edilsin? Əslində, seçim imkanları nə qədər çoxdursa, sənəuyğun mənzili tapma

Azərbaycan nefti bahalaşdı

Azərbaycan neftinin qiyməti artıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir bareli 3,69 dollar və ya 3,13 faiz bahalaşaraq 121,43 dollar olub. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiymət

Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. xəbər verir ki, yeni qərara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektro

Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsini

2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə

Hər ayın fərqli tarixlərində müxtəlif banklara ödəniş etmək, faizləri izləmək və büdcəni planlaşdırmaq bəzən gündəlik həyatı çox yorur. Maliyyə xərclərinə nəzarəti daha rahat etmək və aylıq ödəniş yükünü yüngülləşdirmək istəyənlə


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxabar en sonxeber dunya xeberleri butun xeberler