Pensiya ilə bağlı mühüm anons: yığılan pulu tez almaq üçün…

Pensiya ilə bağlı mühüm anons: yığılan pulu tez almaq üçün…Vətəndaş vəfat etdikdən sonra onun illərlə topladığı pensiya kapitalının taleyi yenidən müzakirə mövzusuna çevrilib. Hazırda qanunvericilikdə pensiya kapitalının varisə birbaşa ötürülməsi ilə bağlı mexanizm yoxdur. Milli Məclisin deputatı Vüqar Bayramov isə hesab edir ki, vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişərsə, topladığı pensiya kapitalının müəyyən hissəsinin, ən azı 30 faizinin varisin hesabına köçürülməsi məqsədəuyğun ola bilər.
Deputat həmçinin vətəndaşların pensiya yaşına çatmadan topladıqları kapitaldan müəyyən şərtlərlə istifadə edə bilməsi ilə bağlı xarici təcrübənin araşdırıldığını bildirib.
Bəs Azərbaycanda xarici ölkələrdə olduğu kimi, vətəndaşın pensiya kapitalından sağlığında, vəfat etdikdən sonra isə ailəsinin yararlanmasına imkan verən mexanizm tətbiq oluna bilərmi?
azxeber.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bu mexanizmin tətbiqi ilə bağlı müxtəlif təkliflər səsləndirilsə də, məsələnin hələlik müzakirə mərhələsində olduğunu bildirib.
"Bir sıra deputatlar və iqtisadçılar tərəfindən müxtəlif təkliflər irəli sürülsə də, tam mexanizm hələ hazırlanmayıb. Əslində, məsələ həmin məbləğin istifadəsindən çox, təyinatına uyğun yönləndirilməsidir. Təklif edərdim ki, həmin məbləğ şəxs vəfat etdikdən sonra vərəsəyə deyil, sağlığında onun pensiyasına, eləcə də sosial-iqtisadi xərclərinə yönəldilsin.
Maliyyə Nazirliyinin proqnozlarına əsasən, inflyasiya göstəricisinin yüksəlməsi gözlənilir. Bu da onu deməyə əsas verir ki, artmayan sosial gəlirlər fonunda xərclər artır. Bu səbəbdən pensiya kapitalının aylıq pensiyaya, dərman və market xərclərinə yönəldilməsi məqsədəuyğun olardı".
İqtisadçının fikrincə, pensiya kapitalının vərəsəlik yolu ilə ötürülməsi məsələsinə fərqli yanaşma tətbiq olunmalıdır:
"Əgər yetkinlik yaşına çatmış övlad yoxdursa, şəxs uzun illər işləyib əziyyət çəkib, lakin sağlığında həmin kapitaldan faydalana bilmirsə, onun vərəsəyə ötürülməsinin nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur.
Yeni mexanizm tətbiq edilərkən ilk növbədə şəxsin ev girovu və ya kredit borcu da nəzərə alına bilər. Məsələn, şəxs vəfat edib, mirası yoxdur və ya mirasçı mirası qəbul etmir. Əgər bank borcu varsa, həmin kapital borcun ödənilməsinə yönəldilə bilər".

İqtisadiyyat       Tarix: 22 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində dövlətimizin başçısı çıxış edib. Prezident çıxışında Azərbaycanı

Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir

Ölkənin seçilən banklarından olan Bank of Baku biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir. xəbər verir ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini Bank of Baku-d

Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO

27 sentyabr - Anım Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublik

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR

Oktyabrın 1-də ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru Natiq Baxışovun iştirakı ilə işgüzar səhər yeməyi keçirilib. xəbər verir ki, görüşdə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasını

Azərbaycan nefti bahalaşdı

Azərbaycan neftinin qiyməti artıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir bareli 3,69 dollar və ya 3,13 faiz bahalaşaraq 121,43 dollar olub. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiymət

Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda yerli banklarda debet kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı məlumatlar gündəmə gəlib. Azərbaycan Banklar Assosiasiyası (ABA) yayılan məlumatlarla bağlı açıqlama verərək tətbi

AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasınd

Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim

Ölkənin ilk rəqəmsal bankı Birbank təhsil işçiləri üçün xüsusi kampaniyaya start verib. 31 oktyabr 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində təhsil işçiləri nağd pul kreditini 7%-dək endirimlə əldə edə bilərlər

İlk kredit müraciətinə 1% endirim və 0% komissiya

Hər yeni addım böyük bir təcrübənin başlanğıcıdır. Həyat keyfiyyətini artıracaq planları gerçəkləşdirmək üçün Yelo Bank-ı seçənlər bu addımın nə qədər doğru olduğunu ilk andan hiss edirlər.  Yelo Bank-dan ilk dəfə nağd kredi


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 cəbhədən görüntüleri xəbərlər cebheden xeberler