Pensiyalar bu qədər artacaq - Rəqəmlər AÇIQLANDI

Pensiyalar bu qədər artacaq - Rəqəmlər AÇIQLANDI"Ötən ilin ortalarından etibarən "pensiyaçılara şad xəbər" başlıqları ilə yayılan məlumatlara baxmayaraq, qanunvericiliyə əsasən əmək pensiyaları ildə yalnız bir dəfə – növbəti ilin əvvəlində indeksləşdirilir. Bu proses "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir və vətəndaşların qanuni haqqıdır".
azxeber.com xəbər verir k, bunu deputat Əli Məsimli öz sosial media hesabında yazıb:
"2026-cı il üzrə pensiya artımları ilə bağlı Prezident sərəncamının fevral ayının birinci ongünlüyündə imzalanması gözlənilir. Pensiyaların artımı Dövlət Statistika Komitəsinin elan etdiyi 2025-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun aparılacaq".
Deputatın sözlərinə görə, Dövlət Statistika Komitəsinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artıb. Rəsmi açıqlamalarda isə artım tempinin 9–9,2 faiz civarında olacağı ehtimal edilir. Dəqiq göstərici fevral ayının əvvəlində açıqlanacaq.
Ə.Məsimli qeyd edib ki, indeksləşdirmədən sonra median pensiya səviyyəsində – təxminən 360 manat pensiya alanların aylıq pensiyası 393 manata, orta pensiya səviyyəsində – 543 manat pensiya alanların pensiyası isə təxminən 593 manata yüksələ bilər.
Deputat vurğulayıb ki, pensiya artımları əmək pensiyalarının bütün növlərinə – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alanlara şamil ediləcək və bu artımlar 1,1 milyon pensiyaçını əhatə edəcək.
Yanvar ayında pensiyaların artımla verilməməsinin səbəbinə toxunan Əli Məsimli bildirib ki, 2025-ci il üzrə orta illik əməkhaqqı göstəricisi hələ açıqlanmadığı üçün yanvar ayında əvvəlki məbləğdə ödəniş edilib. Artımlar yanvar ayı üçün də hesablanaraq fevral ayında ödəniləcək. Məsələn, 400 manat pensiya alan şəxs fevralda yanvar və fevral aylarının artımı ilə birlikdə təxminən 474 manat alacaq, mart ayından etibarən isə aylıq pensiyası 437 manat civarında olacaq.
Deputat həmçinin fərdi pensiya kapitalı ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, qanuna əsasən, sığortaolunanların fərdi şəxsi hesabında olan pensiya kapitalı ildə bir dəfə inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir. 2026-cı ildə bu göstərici 5,6 faiz olacaq. Bu isə fərdi hesabında minimum 46 080 manat pensiya kapitalı olan şəxsin vəsaitinin təxminən 2 580 manat artaraq 48 660 manata çatması deməkdir.
Sonda Əli Məsimli vurğulayıb ki, pensiyaların indeksləşdirilərək artırılması müsbət haldır, lakin qiymət artımları da nəzərə alınmalıdır. Onun sözlərinə görə, real nəticə əldə etmək üçün ciddi antiinflyasiya tədbirləri görülməlidir ki, pensiya artımları pensiyaçıların həyat səviyyəsinə real müsbət təsir göstərə bilsin

İqtisadiyyat       Tarix: 29 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi