Pensiyalarda artım: 7 ayda 4 milyard 568 milyon manat ödənilib
Bu ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 426 milyon manat çox vəsait yönəldilib.
azxeber.com xəbər verir ki, 2026-cı ilin ilk 7 ayında pensiya ödənişlərinin ümumi məbləği 4 milyard 568 milyon manat təşkil edib.
Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Avqustun 1-nə olan məlumata görə, pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 595 manata çatıb.
Yaşa görə orta aylıq pensiyanın məbləği isə 633 manat təşkil edib.
Məlumata görə, yanvar-iyul aylarında 25 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Ümumilikdə isə elektron pensiya təyinatına başlanıldığı 2019-cu ilin əvvəlindən 203 min pensiya e-sistem vasitəsilə proaktiv şəkildə təyin olunub.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı