Pensiyalardakı artımla bağlı - Fevral ayından

Pensiyalardakı artımla bağlı - Fevral ayından"Yanvar ayı üzrə yaranan artım məbləği vətəndaşlara fevral ayında ödəniləcək".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov azxeber.com-a açıqlamasında deyib.
O bildirib ki, əmək pensiyaları 9.12 faiz aralığında artırılacağı gözlənilir:
 ""Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya məbləğləri hər il əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizi nəzərə alınmaqla indeksləşdirilir və artırılır. 2026-cı ildə də əmək pensiyalarının artırılması ilə bağlı müvafiq qərar və sənədin yaxın vaxtlarda imzalanacağı gözlənilir. İlkin gözləntilərə görə, əmək pensiyaları 9.12 faiz aralığında artırılacaq və bu artım bütün əmək pensiyası alan vətəndaşlara şamil ediləcək".
Deputat qeyd edib ki, pensiya artımı sosial təminatının daha da gücləndirilməsi baxımından önəmlidir:
"Yaşa görə pensiya, ailə başçısını itirməyə görə pensiya və əlilliyə görə pensiya alan vətəndaşların pensiya məbləğlərində də artımın olacağı gözlənilir. Pensiya artımları ümumilikdə 1 milyon 100 min vətəndaşı əhatə edəcək ki, bu da həmin şəxslərin sosial təminatının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Parlamentari vurğulayıb ki, artımlar yanvar ayının pensiyalarına da şamil ediləcək:
"2026-cı ildə pensiya artımlarının davam etdirilməsi ilə bağlı sənədin cənab Prezident tərəfindən fevral ayında imzalanacağı ehtimal olunur. Sənəd fevral ayında imzalanacaq, amma artımlar yanvar ayının pensiyalarına da şamil ediləcək. Yanvar ayı üzrə yaranan artım məbləği vətəndaşlara fevral ayında ödəniləcək. Məsələn, əgər vətəndaşın pensiya məbləği 500 manatdırsa, onun pensiyasında təxminən 46 manat artım gözlənilir. Yanvar ayı üçün hesablanan bu 46 manat fevral ayında vətəndaşın pensiyasına əlavə ediləcək. Nəticədə, fevral ayında həmin şəxs 592 manat pensiya alacaq".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 17 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi