Pərvin Kərimzadə: "Qarabağ" dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir

Pərvin Kərimzadə: "Qarabağ" dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədirVaxtı ilə neftin sənaye üsulu ilə hasil edildiyi ilk məkan, mexaniki qazma üsulunun yarandığı yer, ilk dəniz platformasının vətəni kimi tanınan Azərbaycan bu gün birinci neft boru kəmərinin inşa edildiyi, neft və qazı ixrac edən etibarlı tərəfdaş ölkə kimi dünyanın diqqətini cəlb edib.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ötən müddətdə davamlı və sabit inkişafa təminat yaradıb. Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə hazırda inamla irəliləməsi, beynəlxalq nüfuzunun getdikcə möhkəmlənməsi də məhz həmin strateji kursun məntiqi nəticəsidir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, böyük inkişaf yolu keçən neft sənayemiz, son illərdə kəşf olunmuş yeni karbohidrogen yataqları Azərbaycana gəlir gətirir, eyni zamanda gələcək üçün böyük potensial vəd edir. Bu günlərdə neft strategiyamızın yeni inkişaf mərhələsinin, doğma Qarabağımızın adını daşıyan "Qarabağ" yatağında quraşdırılacaq stasionar dəniz özülünün dayaq blokunun inşasının uğurla başa çatdığının şahidi olduq. Avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan "Qarabağ" dayaq blokunun Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınması ölkəmizn həyatında əlamətdar hadisə kimi tarixə yazıldı.
Azərbaycanın zəngin karbohidrogen yataqlarından olan "Azəri-Çıraq-Günəşli" yatağından sonra "Qarabağ" neft yatağı daha böyük həcmdə təbii ehtiyatlara, daha böyük potensiala malikdir. 1997-1998-ci illərdə "Qarabağ" yatağında Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb, 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmayıb və nəticədə kontrakta xitam verilib. Beləliklə, həmin tərəfdaşlar "Qarabağ"ı tərk ediblər. Azərbaycan mütəxəssisləri isə yatağın böyük potensialı olduğu ilə bağlı israrlı olub və bunu sübut ediblər. Beləliklə, SOCAR və Norveçin "Equinor" (keçmiş "Statoyl") şirkətinin birgə qazma əməliyyatı vasitəsilə "Qarabağ" məhz 60 milyon ton neft ehtiyatına malik neft yatağı kimi kəşf edildi. "Qarabağ" layihəsi üzrə hazırlanmış dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) 100 faiz Azərbaycana - SOCAR-a məxsus "BOS Şelf" şirkəti tərəfindən iki il ərzində inşa edilməsi isə Azərbaycanın artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirilmiş ölkə olduğunu təsdiq etdi. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan Qarabağ dayaq blokunun istifadəyə verilməsi göstərdi ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər.
Dayaq blokunun hazırlanması prosesində mühüm amillərdən biri də onun məhz yerli mütəxəssislər tərəfindən inşa edilməsidir. Belə ki, qurğunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub. Yüksək peşəkarlığa malik mütəxəssislər dənizin 182 metr dərinliyində qərar tutacaq 190 metr hündürlüyündə dayaq blokunun hazırlanmasında böyük ustalıq nümayiş etdirdilər. Bu da onu göstərdi ki, neft sənayesi üzrə kifayət qədər yerli mütəxəssislərimiz var və artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər.
Ölkə Prezidenti dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə görülmüş işləri yüksək dəyərləndirib: "Nəzərə alsaq ki, "Qarabağ" yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, "Qarabağ" yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə "Qarabağ" yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi, əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur".
Onu da qeyd etmək yerinə düşər ki, sözügedən dayaq blokunun inşa edildiyi BDÖZ vaxtilə məhz Ulu öndər Heydər Əliyevin səyi və nüfuzu sayəsində tikilib. Mütəxəssislərin fikrincə, əgər bu müəssisə olmasaydı, hazırda ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin həyata keçirilməsində çətinliklər yarana bilərdi.
"Qarabağ" yatağının istismara verilməsi istiqamətində görülən işlərin başlanğıcının belə uğurlu olması Azərbaycanın neft-qaz strategiyasının müvəffəqiyyətlə irəli getdiyinin əyani təsdiqidir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeber 2026 krimnal bugun idman xeberleri