Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransında iştirak etdi
Energetika naziri Pərviz Şahbazov 58-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edib.
Energetika Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, konfrans çərçivəsində Pərviz Şahbazov Qafqaz dövlətləri, ATƏT və Avropa ölkələri nümayəndələrinin iştirakı ilə keçirilən "Qafqaz üçün yeni regional perspektivlər – Ümumi problemlər, ümumi həllər?" mövzusunda müzakirələrə qatılıb. Qafqazda davamlı sosial-iqtisadi inkişaf üçün yollar, iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik problemlərinin həll vasitələri, regional əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. Energetika naziri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər sessiyalarda da iştirak edib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik siyasətinə dair müzakirələrin aparılması üçün dünyanın aparıcı forumlarından biridir. Ənənəvi olaraq hər il keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri təmsil olunur.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var