Peşə dəyişdirərkən buraxılan əsas səhvlər

Peşə dəyişdirərkən buraxılan əsas səhvlərPeşə dəyişdirərkən buraxılan əsas səhvlər
"Peşə dəyişikliyi zamanı edilən səhvlərdən biri dəqiq müddətləri olan keçid strategiyasının olmamasıdır. Adekvat müddət təyin etmək və sürətli nəticələr gözləmək lazımdır. Məsələn, IT sahəsinə keçmək üçün təlimə ən azı altı ay sərf etməlisiniz və ilk işinizi tapmaq üç aydan beş aya qədər vaxt tələb oluna bilər".
Bu barədə rusiyalı karyera məsləhətçisi Yekaterina Savçenko peşə dəyişdirərkən əsas səhvlər barədə danışarkən bildirib.
O, insanları yeni peşəyə dair qeyri-real gözləntilər qurmamağa çağırıb. Belə ki, yeni işə keçməklə bağlı şişirdilmiş gözləntilər köhnə peşənin artıq zövq vermədiyi, yenisinin isə daha perspektivli, maraqlı və yüksək maaşlı görünməyə başladığı bir vaxtda baş verir.
Mütəxəssisin sözlərinə görə, bu, yeni sahəni səthi öyrənənlərin rastlaşdığı problemdir.
Savşenko yeni istiqamətin daha ətraflı öyrənilməsinin yanlış seçim etmək riskini azaltdığını qeyd edib, buna görə də qarşıda duran vəzifələri, tələb olunan bacarıqları, iş gününün aspektlərini və ilkin mərhələdə təklif olunan əməkhaqqı səviyyəsini öyrənməyə çağırıb.
"Seçdiyiniz peşə haqqında mümkün qədər çox məlumat əldə etmək üçün siz giriş vebinarlarına yazıla və hazırda fəaliyyət göstərən mütəxəssislərlə əlaqə saxlaya bilərsiniz. Bütün faktları topladıqdan sonra gözləntilərinizi reallıqla müqayisə etməlisiniz. Bu, seçilmiş istiqamətin əslində insana necə uyğun olduğunu daha dəqiq anlamağa kömək edəcək", - deyə Savçenko qeyd edib.
Bununla belə, məsləhətçinin fikrincə, peşəni dəyişmək istəyi həmişə obyektiv olmur. Buna yorğunluq, tükənmişlik, işdəki münaqişələr və ya peşə dəyərinə qiymət verilməməsi səbəb ola bilər. Bu zaman insan düşünmədən tətilə getmək və ya iş yerini dəyişmək istəyini peşəsini dəyişmək istəyi ilə əvəz edir.
Savçenko bildirib ki, bu halda başqa şirkətə keçmək, yaxşı dincəlmək, mövcud vəziyyəti rəhbərliklə müzakirə etmək və ya sahəni dəyişmək kifayət edə bilər. O, peşənin dəyişdirilməsi ilə bağlı impulsiv qərar verməkdə çəkinməyə çağırıb.
Mənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 27 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun