Peyklərə raket təhdidi: Kosmosda müharibə başlasa... - FOTO

Peyklərə raket təhdidi: Kosmosda müharibə başlasa... - FOTOPeyklərə raket təhdidi: Kosmosda müharibə başlasa... - FOTO
Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Rusiya hakimiyyətinin kosmosda peykləri vurmaqla bağlı hədələri reallaşarsa, gündəlik həyat iflic ola bilər.
Hava, quru və dəniz nəqliyyatından tutmuş bank və maliyyə sistemlərinə, rabitə vasitələrindən televiziya yayımlarına qədər bir çox sahədə aktiv şəkildə peyklərdən istifadə olunur.
Bir çox sahələrdə fəaliyyət kosmosa əsaslanan texnologiyalardan asılıdır. Həmçinin qlobal maliyyə bazarları, bankçılıq sistemi, hava proqnozları və hətta hərbi əməliyyatlarda da peyk texnologiyalarına ehtiyac duyulur.
Lakin Ukrayna müharibəsinin davam etdiyi müddətdə Rusiya hakimiyyətinin kosmosda peykləri vurmaqla bağlı hədələri narahatlıq doğurur.
Daha əvvəllər Rusiya, Çin və Hindistan öz peyklərini vurmuş olsalar da, indiyədək heç bir ölkə düşmən peykinə raket hücumu həyata keçirməyib.
Missisipi Universitetinin Kosmos hüququ proqramının direktoru Maykl Hanlon bildirib ki, Rusiyadan gələn bu təhlükə bu məsələ üzərində ciddi düşünməyə vadar edir. "Hər zaman bunun baş verə biləcəyinə dair bir hiss var idi, lakin heç kim yüksək səslə bunu həqiqətən edə biləcəyini söyləməmişdi", - deyə Hanlon qeyd edib.
Ukrayna və Rusiya arasındakı müharibədə Ukrayna ordusu genişzolaqlı internet xidmətini İlon Maskın "SpaceX" şirkətinin "Starlink" peyk şəbəkəsindən əldə edir. "Maxar" kimi mülki şirkətlər peyklər sayəsində müharibənin anlıq görüntülərini paylaşırlar. Ukraynada on minlərlə rabitə cihazı isə ABŞ-ın peyk rabitə nəhəngi "Iridium"un peyk şəbəkəsinə arxalanır.
"Hər hansı bir səbəbdən kosmosda hər hansı bir obyektin vurulmasından danışmaq həqiqətən məsuliyyətsizlikdir. Əgər kimsə kosmosda peyklərə zərbə endirməyə başlayarsa, düşünürəm ki, bu tez bir zamanda kosmosun yararsız hala düşməsi ilə nəticələnəcək", - deyə "Iridium"un CEO-su (icraçı direktoru) Matt Desç açıqlamasında qeyd edib.
Bəs Rusiya kosmosdakı peykləri vura bilərmi? Rusiyanın 1972-ci ildə imzaladığı "Beynəlxalq Məsuliyyət haqqında Konvensiya"ya görə, kosmosda hər hansı obyektə dəyən ziyana görə kompensasiya ödənilməlidir. Missisipi Universitetindən Mişel Hanlonun sözlərinə görə, Rusiya ABŞ-nin kosmik obyektini vurarsa, ABŞ-nin cavab haqqı doğar.
Peyklərə raket təhdidi: Kosmosda müharibə başlasa... - FOTOPeyklərə raket təhdidi: Kosmosda müharibə başlasa... - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 02 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes ən son xeberler azerbaycan son xeber bugun son xeber 2026