Pezeşkian Amerikaya Azərbaycan türkcəsində şeirlə cavab verdi
İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlarla bağlı sualları Azərbaycan türkcəsində səsləndirdiyi şeirdən sitat gətirərək cavablandırıb.
İranla ABŞ arasında mümkün danışıqlara toxunan prezident Məsud Pezeşkian bunun əleyhinə olmadıqlarını, lakin heç bir halda güzəştə getməyəcəklərini bildirib.
"Onlar əvvəlcə sanksiyalar tətbiq etməklə, sonra bizdən silahlarımızı təhvil verməklə yenidən danışıqlardan danışa bilməzlər", – Pezeşkian bildirib.
ABŞ-ın təcavüzkar siyasətinə Azərbaycan türkcəsində səsləndirdiyi şeir parçası ilə cavab verən Pezeşkiyan deyib:
"Bizim türkcədə bir şeir var:
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.
Yatma tülkü daldasında, qoy yesin aslan səni!".
Pezeşkianın bu sözləri zalda alqışlarla qarşılanıb.
"Onlar bizi təhdidlərlə istədiklərini almağa məcbur edəcəklərini düşünürlər, amma heç vaxt boyun əyməyəcəyik", – İran prezidenti əlavə edib.
Pezeşkian ABŞ və İsrailin İrana qarşı təhdidlərindən danışarkən deyib:
"Bəziləri İsraildən qorxur, çünki İsrailin arxasında ABŞ dəstəyi var. Amma biz qorxmuruq və qorxmayacağıq. Bu da bizə yaraşır". (modern.az) / konkret.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı