Pezeşkian: Ərəb dünyası ilə konstruktiv dialoqa hazıram
İranın yeni seçilən Prezidenti ərəb dünyası ilə konstruktiv dialoqa hazır olduğunu bildirib.
Bunu İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian "əl-Arabi əl-Cədid" nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, qonşu dövlətlərlə əməkdaşlığı gücləndirmək üçün region ölkələri ilə həmrəyliyə nail olmaq istiqamətində addımlar atırlar:
"Biz vahid coğrafiyada yaşayırıq. İslamın və bütün səmavi dinlərin idealı olan gözəl həyat üçün əl-ələ verib güc əvəzinə məntiqə əsaslanaraq əməkdaşlığı inkişaf etdirməliyik".
M.Pezeşkian qeyd edib ki, bölgədəki ölkələr ayrılıqda ciddi uğura nail ola bilməyəcək. O, əməkdaşlıq və birliyin yeganə çıxış yolu olduğunu vurğulayıb: "Fələstinin işğalının uzun müddətdir davam edən yarasını sağaltmaq və həll etmək bizim hamımız üçün bir çağırışdır".
Yeni seçilən Prezident qeyd edib ki, İran İslam Respublikası qonşu ölkələrin gücünü öz gücü hesab edir. Onun sözlərinə görə, qonşular bir-birinə qarşı fəaliyyət göstərməklə güclənməməlidir.
///Report

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı