Pezeşkian Paşinyanı xəbərdar etdi
"ABŞ-ın Cənubi Qafqazdakı iqtisadi layihələri regionda Amerika təsirini gücləndirmək və genişləndirmək məqsədlərinə xidmət edə bilər".
KONKRET.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.
"ABŞ tərəfinin gələcək addımlarını xüsusi ehtiyatla izləmək lazımdır. Çünki o, investisiya layihələri və sülhpərvər bəyanatlar adı altında Cənubi Qafqazda öz hegemonluğunu qurmaq məqsədi güdə bilər", – deyə Pezeşkian bildirib. Onun sözləri özünə məxsus teleqram kanalında dərc olunub.
İran prezidentinin sözlərinə görə, "Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi zamanı üçüncü ölkələrin silahlı qüvvələrinin cəlb olunmasına yol verməməlidir".
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı