Pezeşkian polis təcridxanasındakı şəxsin işgəncə ilə öldürülməsi faktını araşdırmağı tapşırdı
İran Prezidenti Məsud Pezeşkian ölkənin şimalında yerləşən Lahican şəhərində saxlanılan şəxsin ölümü ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.
KONKRET.az xəbər verir ki, bu barədə hökumətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elias Həzrəti bildirib.
"Lahicandakı faciəli hadisədən sonra Prezident daxili işlər nazirinə bu hadisənin bütün aspektlərini araşdırmaq və nəticələrini mümkün qədər tez kabinetə bildirmək üçün komissiya yaratmağı tapşırıb", – o qeyd edib.
İranlı fəalların hüquqlarını müdafiə edən "Hengaw" təşkilatı bildirib ki, 36 yaşlı Məhəmməd Mirmusəvi avqustun 24-də xüsusi təyinatlı polis əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra o, Lahican rayonunda polis bölməsinə aparılıb və orada işgəncələrə məruz qalaraq ölüb.
Qeyd edək ki, sosial medianın İran seqmetində Məhəmməd Mirmusəvinin işgəncəyə məruz qaldığı görüntülər yayıldıqdan sonra hadisə ilə bağlı beş polis saxlanılıb. Lahican prokuroru Məhəmməd Mirmusəvinin ölümündə iştirak ittihamı ilə ərazidə olan 5 polis əməkdaşının müvəqqəti saxlanıldığını təsdiqləyib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb