Pezeşkiandan Azərbaycanla bağlı tarixi həmlə – "Əgər bu baş verərsə…"
İran Prezidenti Məsud Pezeşkianın konstitusiyanın 15-ci maddəsi ilə bağlı verdiyi söz gerçəkləşə bilər. Belə ki, Pezeşkian son müsahibəsində etnik azlıqların ana dilində təhsil almasının mümkünlüyündən danışıb.
Bu baş verərsə, nəticəsi necə olacaq?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, əvvəllər İranda ayrı-ayrı ziyalılar Azərbaycan dilində məktəblər açıb:
"Onlar bunu öz hesablarına ediblər. Bu məktəblərə Tehran hakimiyyəti təzyiq edib. Ümumiyyətlə, dilin bazarı olmalıdır. Əgər bu dil məhəlli olacaqsa və ancaq ayrı-ayrı yerlərdə danışıq dili kimi istifadə olunacaqsa, maraq olmayacaq.
İranda 30 milyondan çox Azərbaycan türkü var. Bu, İran cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edir. Odur ki, Azərbaycan dilinin bazarı ancaq onun dövlət səviyyəsində tətbiqi halında ola bilər. Əks təqdirdə dilə maraq azalacaq və hakimiyyət "İranda türklər öz dilini öyrənmək istəmir" deyəcək".
Politoloq bildirib ki, uzun illərdir Azərbaycan milli hərəkatının əsas tələbi Azərbaycan dilinin tədrisidir:
"Söhbət ədəbi dildən gedir. İran hakimiyyəti bu şüar tələbini azərbaycanlıların əlindən almaq istəyir. Bunu da Məsud Pezeşkian vasitəsilə edir. Yəni Pezeşkianın dedikləri sadəcə avantüradır. Bu yolla Azərbaycan türklərinin şüarını əllərindən almağa çalışırlar. Azərbaycan türkcəsinin İranda əhəmiyyətsiz olduğu göstərilməyə çalışılır. Pezeşkian bu prosesdə sadəcə vasitədir.
Onun hökuməti konstitusiyanın 15-ci maddəsini gerçək anlamda tətbiq edə bilməyəcək. Əgər Pezeşkian bunu bacarsa, şübhəsiz, alqışalayiq addım atmış olacaq. Bununla azərbaycanlılar illərdir tələb etdikləri haqqı əldə edə biləcəklər".
S.Soltan qeyd edib ki, İran hakimiyyəti Azərbaycan dili ilə bağlı heç bir addım atmayacaq:
"Ümumiyyətlə, nəzərdə tutulan bütün addımlar ala-yarımçıq olacaq. Pezeşkian milli hərəkatın lideri ola bilməz. O, "Hizbullah" tərəfdarıdır və belə biri ancaq İran ali dini liderindən təlimat alır. Fikrimcə, Pezeşkianın ana dili ilə bağlı dedikləri blefdir.
O, mediada bildirir ki, dövlət dili farscadır, regional dillər isə sərbəstdir. Bu o deməkdir ki, Azərbaycan əyalətlərində qəzetlər, məktəblər ola bilər. Azərbaycan dili dünyada akademik səviyyədə yalnız Azərbaycan Respublikasında tədris olunur. İran isə şimaldan cənuba kitabların gəlməsinə izin verməz. Belə olan halda dilin tədrisi lazımi keyfiyyətdə olmayacaq".
Politoloq vurğulayıb ki, Pezeşkianın müsahibəsində mis, qızıl mədənləri ilə bağlı məlumatlar da var:
"Ümumiyyətlə, oradakı azərbaycanlılar illərdir bu mədənlərdən gələn gəlirlərin Güney Azərbaycanda qalmasını istəyirlər. Lakin İran hakimiyyəti buna razı olmur. Yəni Pezeşkianın bu dediklərinin də icrası mümkün deyil".
Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb