Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlıYeni prezidentin bu yöndə növbəti addımını mümkün sayan təhlilçilər həm də ehtiyatlı nikbinliyin tərəfdarıdır; İranın "ölkədə heç bir millətə qarşı ayrı-seçkilik yoxdur" mesajını təsdiqləmək zamanı... 
İran prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb. Bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb. Bildirilib ki, bunun üçün "15-ci Prinsip Komitəsi" yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.
15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildiriblər.
Qeyd edək ki, "15-ci Prinsip Komitəsi"nin rəhbəri Cavad Miri bu barədə özünün X səhifəsində paylaşım etsə də, başçılıq edəcəyi komitənin fəaliyyətinin təfərrüatı barədə açıqlama verməyib. Xatırladaq ki, 2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını bildirmişdi.
Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlıMillət vəkili Ceyhun Məmmədovun fikrincə, Pezeşkianın prezident seçilməsi təsadüfi deyil. "Yeni Müsavat"a şərhində o, ana dilinə münasibətin İranda ciddi problem yaratdığına diqqət çəkdi: "Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə bu məsələyə toxunmuşdu. İrana beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən bu məsələ ilə bağlı ciddi təzyiqlər var. Bu artıq İran üçün başağrısına çevrilib. Ölkəyə ünvanlanmış ittihamlar, tənqidlər artmaqdadır. Pezeşkianın prezident seçilməsinə işıq yandırılmasının əsas səbəblərindən biri də budur. Çünki İran bununla dünyaya mesaj vermək istəyir ki, ölkədə heç bir millətə qarşı ayrı-seçkilik yoxdur. İranda yaşayan bütün millətlər bərabər hüquqa malikdirlər. İstənilən xalqın nümayəndəsi İranda prezident ola bilər. 
Bu mənada Pezeşkianın belə bir addım atması müstəqil qərar deyil, İranın Ali dini lideri ilə razılaşdırılmış məsələdir. Növbəti aylarda bu istiqamətdə müəyyən addımlar atılmasının şahidi olacağıq. İranda yaşayan milli azlıqların, xalqların hüquqlarının qorunması, ana dilində təhsil almasına şərait yaradılması gündəmdə olacaq. Əsas hədəflərdən biri prosesi İranın maraqları çərçivəsində başlamaq və sonlandırmaqdır. Təbii ki, hər birimizin ən böyük arzularından biri İranda yaşayan azərbaycanlıların hüquqlarının ən yüksək səviyyədə təmin olunması, onların ana dilində təhsil almasına şəraitin yaradılmasıdır. Bu istiqamətdə qəbul edilən hər bir qərarı, atılan hər bir addımı dəstəkləyirik".
Millət vəkili hesab edir ki, atılan hər yeni addım iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verə bilər: "İranda yaşayan azərbaycanlıların hüquqlarının təmin olunması uzun illərdir təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında geniş müzakirə olunur. Hər kəs bu məsələyə baxılmasını gözləyirdi. Hakimiyyətə islahatçılar gəldiyi üçün məsələnin həll yolu real görünür". 
Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlıMilli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, İranda qeyri-farsların ana dilində təhsil alması Şimali Azərbaycanla əlaqələrə də təsirsiz ötüşməyəcək: "İran prezidentinin verdiyi qərar əslində İran konstitusiyasında təsbit olunub. Söhbət təkcə Azərbaycan dilində təhsil almaqdan deyil, həm də digər azsaylı xalqların öz dilində təhsil almasından gedir. Əslində Azərbaycan türkləri İranda azsaylı xalq hesab olunmur. Hətta rəsmi mənbələrə istinad olunan məlumatlarda Azərbaycan türklərinin əhalinin 53 faizini təşkil etdiyi ifadə olunur. Bütün hallarda bu təqdirolunan məsələdir. Ana dilimizdə məktəblər açılacaqsa, ali təhsil müəssisələrində Azərbaycan tükçəsində fakültələr bərpa olunacaqsa, müəyyən elmi-tədqiqat mərkəzləri, bağlanmış qurumlar da açılacaqsa, bu, irəliləyiş deməkdir. 
Bir millətin dilini əlindən aldıqdan sonra ciddi çətinliklər yaşanır. Bu addımlar əhval-ruhiyyəyə də ciddi təsir edəcək. İnsanların ana dilində təhsil alması Şimali Azərbaycanla əlaqələrə də təsirsiz ötüşməyəcək. Gələcəkdə tələbə mübadiləsi həyata keçirilə bilər. Bu, inteqrasiyanın gözəl forması olar. Yaxud İranda təhsil alan tələbələrin bir müddətdən sonra təhsilini Azərbaycanda davam etdirməsi gündəmə gələ bilər. Hesab edirəm ki, Azərbaycanda işləyən müəllimlərin İrana göndərilməsini də müzakirə etmək olar. Güney Azərbaycanda bu sahədə ciddi kadr çatışmazlığı yaşanır. Həm universitetlərdə, hətta kəndlərdə belə Azərbaycandan ezam olunmuş müəllimlərin çalışması ciddi irəliləyiş olar. 
Hər halda, gedişatı diqqətdə saxlayaq. Azərbaycan türklərinin tələbləri, istəkləri nələr olacaq? Dövrün çağırışları nələr olacaq? "15-ci Prinsip Komitəsi"nin yaradılmasını təməl addım kimi qəbul edək. Bunun üzərində ciddi irəliləyişlər əldə etmək imkanı var. Növbəti mərhələlərdə nəticə prezidentin, o cümlədən İranın siyasi rəhbərliyinin iradəsinə, millətin davranışına, eyni zamanda bizim verəcəyimiz dəstəyə bağlıdır. İstənilən halda, bu təqdirolunan hadisədir".  
Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlıSiyasi şərhçi Kənan Rövşənoğlu isə "Yeni Müsavat" şərhində xatırlatdı ki, Məsud Pezeşkianın seçki kampaniyası əsasən etnik qruplar, xüsusən də Azərbaycan əhalisi üzərində qurulmuşdu: "Bu səbəbə seçildikdən sonra onun belə bir addım atması gözlənilən idi. İslam Respublikası konstitusiyası etnik qrupların ana dillərinin inkşafı və tədrisi hüququ tanıyır. Bu məsələyə İranda çox əhəmiyyət verilməyib və daha çox prezidentlərin öhdəsinə buraxıldığı üçün hər prezidentin buna ayrıca yanaşması olub. 
Məsələn, "islahatçı" Həsən Ruhani də seçki kampaniyasında etnik qruplara təhsil sözü verdi və prezident olduqdan sonra bu istiqamətdə müəyyən addımlar atıldı, Təbriz Universitetində Azərbaycan dili mərkəzi yaradıldı, dərslər verildi. İndi isə Pezeşkian özü azərbaycanlı olduğu üçün güman ki, bu istiqamətdə ciddi addımlar atacaq. Lakin bunu bütün Azərbaycan regionlarında, ümumiyyətlə, bütün etnik qrupların hər birinin öz dilində təhsil alması kimi düşünmək doğru olmaz. İran unitar dövlətdir, eyni zamanda Şərqdə ən böyük çoxmillətli ölkələrdən biridir. Birdən-birə bütün etnik qrupların öz dilində təhsilə keçməsi mümkün deyil. Mərkəzi hakimiyyət də buna getməz, hətta istəsə belə birdən-birə buna keçə bilməz. Prezident Məsud Pezeşkianın yaratdığı komissiya bir mənada bunun formatını hazırlayacaq. Bunun üçünsə gözləmək lazım gələcək". / azxeber.com

Siyasi       Tarix: 27 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda kriminal xeber sou xeberler bugun qurban bayrami 2026