Polad Bülbüloğlu: 'Bakı İrəvanı sülh sazişinə çağırır
"Bakı İrəvanı sülh sazişi imzalayaraq sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır".
Azxeber.com xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin "RİA Novosti" İnformasiya Agentliyinə müsahibəsində bildirib və Qarabağ müharibəsinin artıq başa çatdığını dilə gətirib.
"Biz bu müharibənin başa çatdığını, münaqişənin keçmişdə qaldığını dəfələrlə bildirmişik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişini imzalamalı, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır" – deyən səfir Ermənistan tərəfinin başqa mövqedə olduğunu diqqətə çatdırıb: "Ermənistan dövlətlərarası münasibətlərin həllini yenə ləngitməyə çalışmaqla bütün regionun hərtərəfli inkişafı üçün şərait yaradılmasına mane olur".
Bölgədə Rusiya sülhməramlılarının missiyasının uzadılması məsələsinə toxunan diplomat deyib ki, bu gün bu barədə danışmaq hələ tezdir.
"Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyası sülhməramlı qüvvələri onlara həvalə olunmuş hərbi və humanitar vəzifələrini yerinə yetirməyə davam edir" – deyə səfir qeyd edib.
Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli birgə bəyanata görə, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 5 il müəyyənləşdirilib.
"Biz dövlət başçılarımızın qarşıya qoyduqları vəzifələri yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməməliyik" – deyə, səfir P.Bülbüloğlu vurğulayıb.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Prezident sərəncam imzaladı