Polis əməkdaşı saxta COVID-19 pasportu satır? - AÇIQLAMA
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elmar Gülməmməd oğlu Xankişiyev saxta COVID-19 pasportu satdığı yerdə saxlanıldığı iddia edilib.
E.Xankişiyevin Neftçala RPŞ-nın rəisi Vüsal Şəbəndiyevin adamı olduğu və müxtəlif adamlara saxta COVID-19 pasportu satdığı qeyd edilib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşı Elmar Xankişiyev bir müddət öncə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunub:
"Hazırda Neftçala RPŞ-də xidmət etmir. Odur ki, bu qanun pozuntusunun polis əməkdaşı tərəfindən törədilməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR