Polis əməliyyatlar keçirdi, 105 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı

Polis əməliyyatlar keçirdi, 105 kq-dan artıq narkotik dövriyyədən çıxarıldıDaxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən cinayətkarlıqla, o cümlədən ümumbəşəri bəla olan narkotik vasitələrin cəmiyyətin müxtəlif təbəqələri arasında geniş yayılmasının qarşını almaq istiqamətində fasiləsiz və qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Open.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən təkcə son sutka ərzində keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 105 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.
Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Qadir Baladadaşov saxlanılıb. Onun Binəqədi rayonunda yaşadığı evə baxış zamanı ümumi çəkisi 80 kq-dan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 55 kq heroin, 2 kq 700 qram tiryək, 10 kq marixuana, 13 kq psixotrop maddə olan metamfetamin, 500 ədəd narkotik tərkibli satışı qadağan edilən "Metadon" həbləri və 1 ədəd elektron tərəzi götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, Qadir Baladadaşov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsinə köməklik edib. Daha sonra o, icarəyə götürdüyü avtomobillə narkotik vasitələri Masallı-Yardımlı yolunun kənarında gizlədilən yerdən götürərək Bakı şəhərinə gətirib. Qadir Baladadaşov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhərinin müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş. Bu işdə ona qohumu Səbuhi Həsənov da kömək edib. Hər iki şəxs tutularaq istintaqa təqdim ediliblər
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının da daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elşən Ağayev və İlham Əsgərov rayonun "Qızıl Dərə" adlanan ərazisində saxlanılıblar. Onlara məxsus bağlamalara baxış zamanı ümumi çəkisi 25 kq-a yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən - 14 kq 410 qram heroin, 5 kq 695 qram marixuana, 90 qram tiryək, 4 kq 205 qram metamfetamin, həmçinin 4 323 ədəd içərisində metadon həbləri də olan psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, bu şəxslər də adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı tərəfindən Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri Yardımlı rayonu ərazisində qəbul ediblər. Daha sonra Elşən Ağayev və İlham Əsgərov narkotik vasitələri əvvəlcədən müəyyən edilən yerdə gizlətməli və həmin şəxsin deyəcəyi yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 04 fevral 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat xeberleri azerbaycan son xeber bugun hava durumu qurban bayrami 2026