Polis icazəsiz toya görə 4400 manat cərimə yazdı - FOTO
Masallıda şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimə olunub.
Azxeber.com Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulması müəyyən edilib.
Bildirilib ki, toy mərasiminin təşkil edildiyi obyektin sahibi və mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.
Belə ki, "Qəriblər" şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının sahibi 4 000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.

Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR