Polisdən cinsi azlıqların aksiyalara çıxarılması ilə bağlı iddialara - CAVAB
Polisdən cinsi azlıqların aksiyalara çıxarılması ilə bağlı iddialara - CAVAB
Sosial şəbəkələrdə cinsi azlıqların nümayəndələrinin paytaxtın müxtlif polis bölmələrinə qeyri-formal görüşə çağırılmaqla, aksiyalarda iştirak etmələri ilə bağlı yayılan iddialar cəfəngiyyatdır.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında qanunla səlahiyyət verilməyən heç kimin köməyinə ehtiyac duymur:
"Dəfələrlə vətəndaşların müxtəlif məzmunlu, çoxsaylı müraciətləri əsasında cinsi azlıqların profilaktikası tədbirləri çərçivəsində onlar polis orqanlarına dəvət olunaraq, onlarla izahedici söhbətlər aparılıb.
Həmin söhbətlərdə onların diqqətinə çatdırılıb ki, paytaxtın müxtəlif yerlərində toplanması sakinlərin narahatlığına səbəb olur. Görünür, bu söhbətlərin məzmunu bilərəkdən, məqsədli olaraq cəmiyyətə başqa formada çatdırılır".
E.Hacıyev vurğulayıb ki, ölkə qanunlarından irəli gələrək ayrı-ayrı vətəndaşların hər birinin hüquq və azadlıqlarının təminatında polis üzərinə düşən vəzifələri həyata keçirir:
"Kimlərinsə sifarişlərini yerinə yetirən şəxslərin polis haqqında uydurmaları cəmiyyətlə polis arasında süni qarşıdurma yaratmağa yönələn növbəti uğursuz cəhddir". /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb