Polisi döyən deputat vəkilindən İMTİNA ETDİ
Həbsdə olan deputat Eldəniz Səlimov vəkili İlqar Əliyevlə müqavilə bağlamaqdan imtina edib.
Azxeber.com xəbər verir ki, bu barədə Modern.az-a vəkil özü bildirib.
İ.Əliyev hazırda E.Səlimovun vəkili olmadığını vurğulayıb:
"Onunla bağlı heç bir məlumat verə bilmərəm, mənimlə müqavilə bağlamayıb. Ancaq valideynlərindən məlumat ala bilərsiniz".
Qeyd edək ki, Milli Məclisin deputatı Eldəniz Səlimov ötən il Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına qarşı zor tətbiq edib. Deputat bu əməlinə görə 3 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, E.Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib. E.Səlimovun Z.Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunur. İstintaq dövründə onun hüquqlarını vəkil İlqar Əliyev müdafiə edirdi.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var