Polisi döyən sabiq deputat gecə kafedə baş verənlərdən danışdı - TƏFƏRRÜAT

Polisi döyən sabiq deputat gecə kafedə baş verənlərdən danışdı - TƏFƏRRÜATMilli Məclisin həbsdə olan sabiq deputatı Eldəniz Səlimovun məhkəmədə verdiyi ifadəsi məlum olub.
azxeber.com "report"a istinadən xəbər verir ki, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dindirilən zaman deyib ki, baş vermiş hadisə ilə bağlı böyük peşmançılıq hisləri keçirir.
O bildirib ki, zərərçəkmiş, Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin atasına zəng etməklə onu çay evinə yerinə dəvət ediblər:
"Hadisədən əvvəl - 2021-ci ilin iyul ayının 6-da Xaçmazda idim. Həmin gün saat 22 radələrində keçmiş iş yoldaşımla birlikdə "Starıy Dvor" adlanan çay evinə getdik, saat 00:00-dan az əvvəl isə oranı tərk etdik.
Bundan təxminən 15-20 dəqiqə sonra həmin çay evini işlədən qohumum mobil telefonuma zəng etdi. Dedi ki, 2 nəfər mülki geyimli şəxs obyektə gəlib.
Qohumumun sözlərinə görə, həmin şəxslər deyiblər ki, çay evi saat 00:00-dan sonra fəaliyyət göstərdiyi üçün videoya çəkiblər və bu zaman mən də orada olmuşam.
Mən isə yenidən çay evinə qayıtmadım. Bir qədər sonra qohumum zəng edib, gələn şəxslərin polis əməkdaşları olduqlarını və atası Çingiz Əfəndiyevin məsələni həll etdiyini və həqiqətən mənim şəkilimin çəkildiyi barədə məlumat verdi.
İyulun 28-də saat 15 radələrində Xaçmaz rayonunda yerləşən "Sonalı göl" restoranına getdim. Orada tanışlarımla yemək yeyib, təxminən 700 qram araq içdik. Axşam saat 23 radələrində "Starıy Dvor"a getdik və orada pivə və çay sifariş etdik.
Obyektdə olarkən iyul ayının əvvəlində polislərin "Starıy Dvor"a gəlməsi, məni icazəsiz videoya çəkməsi barədə hadisə yadıma düşdü.
Sonra həmin polisi çağırıb məsələni aydınlaşdırmağı qərara aldım. Tanışım polis əməkdaşı Zaurun atası Cavanşir Mirzəyevə zəng edərək oğlunun biz olduğumuz obyektə gəlməsini xahiş etdi.
Təxminən 10-15 dəqiqədən sonra, yəni gecə saat 1-ə qalmış zərərçəkmiş bizim yanımıza gəldi və sağ tərəfimdə əyləşdi.
Zaurdan məni tanıyıb-tanımadığını, kiməsə pislik etməyimi eşidib-eşitmədiyini soruşdum. Sonra isə əsəblərimə sahib çıxa bilmədiyimə görə araşdırılan hadisə baş verdi və Zaura yüngül xəsarət yetirdim. Bu zaman ətrafda başqa müştərilər yox idi".
E.Səlimov deyib ki, hadisə baş verən vaxt məzuniyyətdə olub: "Hazırda törətdiyim əməldən peşmanam".
Qeyd edək ki, E.Səlimovun barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülmüşdü və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib.
Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Sosial       Tarix: 04 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberlər son xeberler azerbaycan son xabarlar valyuta mezenesi