Polisin saxladığı məşhur reperdən ilk açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda qadağan olunan onlayn qumar və mərc oyunlarının reklamına qarşı əməliyyat-texniki tədbirlər həyata keçirib.
Araşdırmalar nəticəsində sosial mediada aktiv olan bir sıra influenserlər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklam olunduğu müəyyən edilib. Bununla əlaqədar olaraq 17 nəfər kiberpolis tərəfindən müəyyən edilərək Baş İdarəyə gətirilib və onlar barəsində qanunauyğun tədbirlər görülüb.
KONKRET.az xəbər verir ki, saxlanılanlardan biri – Epi kimi tanınan repçi Əkbər Novruzlu haqqında yayılan məlumatlarla əlaqədar "Instagram" hesabında açıqlama yayıb.
O, paylaşımında bildirib ki, sözügedən videolar 2021-ci ildə çəkilib və həmin dövrdə onlayn mərc oyunlarının reklamında iştirak etdiyini etiraf edib:
"O zaman mən bu işin reklam xarakterli olduğunu qəbul edib məsuliyyətini tam şəkildə üzərimə götürmüşəm. Bundan 5 il öncə məhkəməyə qədər 500 manat cərimə də ödəmişəm".
Reper həmçinin əlavə edib ki, son günlər tanımadığı səhifələr həmin köhnə videoları yenidən paylaşdığı üçün məsələ aktuallaşıb və bu səbəbdən polis idarəsinə dəvət olunub. Onun sözlərinə görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində polis əməkdaşları ilə söhbət zamanı vəziyyəti izah edib və məsuliyyətini bir daha qəbul edib.
"Buradan hər kəsə, xüsusilə gənclərə səslənirəm: qumarın nə ruhi, nə mənəvi, nə də hüquqi baxımdan insan üçün xeyri yoxdur. O vaxt etdiyim hərəkətə görə səmimi şəkildə peşmanam", – deyə Epi bildirib.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?