Politoloq: Livan müharibənin tərəfi deyil, amma zərbə altındadır

Politoloq: Livan müharibənin tərəfi deyil, amma zərbə altındadırİsrailin baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşmanın Livana şamil edilmədiyini bildirib. Bəyanatdan sonra İsrail Livana ən böyük hücumlarından birini həyata keçirdi. İsrail qüvvələri Beyrut, Bekaa vadisi və Livanın cənubunda təxminən 100 hədəfi vurub. İsrailin Livana hücumlarından sonra Hörmüz boğazından neft tankerlərinin hərəkəti dayandırılıb. 
Politoloq Turan Rzayev azxeber.com-a açıqlamasında deyib ki, Livan müharibənin birbaşa iştirakçısı deyil:
"Rəsmi Beyrut müharibənin birbaşa iştirakçısı deyil. Bugünə qədər də Livan İran amili səbəbindən qarşıdurmaların mərkəzinə çevrilib. İsrail Livanda məhz "Hizbullah"la mübarizə aparır. "Hizbullah" isə bir çox ölkə, o cümlədən İsrail tərəfindən terror təşkilatı kimi tanınır".
Politoloq qeyd edib ki "Hizbullah" Livana kifayət qədər problemlər yaradır:
""Hizbullah" Livana kifayət qədər problemlər yaradır.  Bu, ölkənin daxili işlərinə müdaxilə olunur, eyni zamanda sabitliyə mənfi təsir göstərir. İsraillə gərginliyin artmasının əsas səbəblərindən biri də məhz bu təşkilatdır. Livanla İsrail arasında rəsmi səviyyədə müharibə mövcud deyil. Lakin "Hizbullah" hazırda İsrailə qarşı hücumlar həyata keçirir və bu fəaliyyətin İranın təsiri ilə baş verdiyi iddia olunur. Təşkilat İranın proksi qüvvəsidir".
O söyləyib ki, İranın Livanla bağlı irəli sürdüyü tələblər kifayət qədər mübahisəlidir:
"İranın bu istiqamətdə irəli sürdüyü tələblər kifayət qədər mübahisəlidir. Çünki ABŞ və İsrailin İrana qarşı birbaşa hərbi fəaliyyəti son dövrlərdə nisbətən səngiyib. İran Livan kontekstində isə İran "Hizbullah"a qarşı əməliyyatların dayandırılmasını tələb edir. Əgər bu şərt üzərində İran israr edilərsə, ABŞ İsraildən Livana zərbələri dayandırmasını istəyə bilər. İsrail "Hizbullah"ın hücumlarını əsas gətirərək əməliyyatlarını davam etdirməyə çalışır. Çünki təşkilat mütəmadi olaraq İsrailə qarşı zərbələr endirir. Belə vəziyyətdə İsrail öz təhlükəsizlik maraqları çərçivəsində hərbi fəaliyyətini davam etdirmək niyyətindədir".
Şahanə Ziyad

Siyasi       Tarix: 10 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cəbhədən son dəqiqə maşın realiti şou xeber