Politoloq: "Qarabağ müharibəsinin nəticələri Belarus hərbi texnikasının effektivliyini göstərdi
Politoloq: "Qarabağ müharibəsinin nəticələri Belarus hərbi texnikasının effektivliyini göstərdi"
Belarus prezidentinin Azərbaycana səfəri zamanı bir çox mövzu müzakirə ediləcək.
Bunu belaruslu politoloq, "Nomos" mühafizəkar mərkəzin direktoru, Belarus Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun tədqiqatçısı, "Belaya Rus" Respublika ictimai birliyinin eksperti Pyotr Petrovski Caliber.Az-a müsahibəsində bildirib.
"Ölkələrimizin liderləri arasında iki görüş planlaşdırılır. Birincisi qeyri-rəsmi, gəldikdən dərhal sonra, ikincisi rəsmi, 14 aprel çərşənbə gününə planlaşdırılır. Əlbəttə ki, ticari-iqtisadi, sənaye, elmi-texniki və təhsil sahəsində əməkdaşlıqlardan bəhs ediləcək. Belarus Azərbaycanla ortaq sənaye müəssisələrinin yaradılmasında maraqlıdır", - deyə o bildirib.
Petrovskinin sözlərinə görə, danışıqların vacib mövzusu hərbi-sənaye kompleksi sahəsində əməkdaşlıq olacaq:
"Keçən payızdakı müharibənin nəticələri Belarus hərbi texnikasının effektivliyini göstərdi. Fikrimcə, bu istiqaməti inkişaf etdirməyə, əməkdaşlığı genişləndirməyə dəyər və Azərbaycan tərəfi bununla maraqlanır".
Ekspert Belarusun da Ermənistan kimi KTMT üzvü olması və Minskdə İrəvanın mənfi reaksiya verəcəyinə dair hər hansı bir qorxunun olub-olmaması, erməni tərəfinin əvvəllər Belarus və Azərbaycan arasında hərbi sənaye kompleksində sıx əməkdaşlığıdan narazılığı məsələsinə də aydınlıq gətirib:
"Belə ittihamlar əvvəllər də səsləndirilib, indi də səsləndirilir və səsləndirilməyə davam edəcək. Bundan qaçmaq mümkün deyil. Ancaq qeyd edim ki, bunlar Belarus-Azərbaycan əməkdaşlığına münasibətdə mənasız ifadələrdir. Rəsmi Minsk İrəvandan bu mövzuda anlayış gözləmir və Belarusda buna xüsusi reaksiya verməyəcəklər. Bu cür açıqlamalar heç bir nəticəyə gətirməyəcək". /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi