Polşa, Çexiya və Sloveniya Baş nazirləri Ukraynaya niyə getmişdi? - ŞƏRH

Polşa, Çexiya və Sloveniya Baş nazirləri Ukraynaya niyə getmişdi? - ŞƏRHPaytaxt Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və digər rəsmilərlə görüşən nümayəndə heyəti martın 16-da Polşaya geri dönüblər.
Polşa hökumətinin mətbuat katibi Piotr Müller bildirib ki, missiyanı başa vuran baş nazirlər Mateuş Moravetski (Polşa), Petr Fiala (Çexiya) və Yanez Yanşe (Sloveniya) Aİ Şurasının sədri Şarl Mişellə səfərin yekunlarına dair fikir mübadiləsi aparıblar.
Polşanın Baş nazirinin müşaviri Mixal Dvorçuk səfərin yekunları ilə bağlı mətbuata verdiyi açıqlamada Polşanın təklif etdiyi sülhməramlı missiya barədə danışıb. O bildirib ki, Polşanın bu müraciəti təkcə Avropaya deyil, bütün dünyaya ünvanlanıb və müharibənin sona çatdırılması üçün realist həllin tapılmasına kömək etməlidir. Ona görə də vəziyyətin nizamlanması Şimali Atlantika Alyansı səviyyəsində müzakirə edilməlidir.
Böyük hadisələr dövrünün astanasında olduğumuz hər kəsə bəllidir. Rusiya-Ukrayna müharibəsində ya danışıqların nəticəsi kimi atəşkəs elan olunacaq (aralıq sənəd də imzalana bilər), ya da bu müharibənin ən qanlı dövrü başlayacaq və yeni mərhələyə qədəm qoyulacaq.
Fikirlərimizi əsaslandıraq:
– Zelenskinin prezident ofisindən artıq bildirirlər ki, Moskva ilə danışıqlar əsasında razılıq əldə etmək mümkündür;
– Öz növbəsində Rusiyadan bildirilir ki, razılaşmanı hansısa bir formaya salmaq mümkündür. BMT TŞ-nin qətnaməsi formasında olacağı da istisna edilmir. Sənədə vurulacaq möhür də mühüm əhəmiyyət kəsb edir;
– Qərb media orqanlarında Rusiyanın silah üçün Çinə müraciət etməsi tirajlandı. Bu nəyə görə edilir? Gələcəkdə belə müraciət olarsa Çinin məsələni bəri başdan təkzib etməsi ilə nəticələndirmək mümkün olsun;
– ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı danışıqların keçirilməsinə hazırlıq işləri görülür;
– ABŞ ən varlı tamaşaçıları olan CNBC kanalı media seqmentinə məlumat buraxır ki, ABŞ dəniz ticarəti də daxil olmaqla Rusiyaya qarşı ticari-iqtisadi blokadaya salmağa hazırlaşır. Bu isə nəyə gətirib çıxarır? Bəli! Müharibəyə! Bu isə müharibənin elan olunması da deyil? Bu elə müharibədir!
Tarixə nəzər salsaq, Napoleonun Rusiyaya daxil olması, Borodino savaşı da daxil olmaqla müharibə ona görə baş verdi ki, Fransa İngiltərəyə qarşı blokada elan etdi.
Buna görə də baş verənləri çox ciddi və ağır xəbərdarlıq kimi qəbul edə bilərik.
Baş nazirlərin Ukraynaya səfərinə gəlincə, çox güclü təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini qeyd edə bilərik. Bütün gün ərzində komendant saatı elan olunmuşdu. Analogiya aparsaq bu cür səfər bir dəfə həyata keçirilmişdi. Həmin nümunədə də Rusiya təcavüz etmişdi və Avropanı təmsil edən yüksək vəzifəli rəsmilər təcavüzə məruz qalan ölkəyə səfər etmişdilər. 2008-ci ilin 13 avqustunda Polşa, Ukrayna, Estoniya, Latviya və Litva prezidentləri Tbilisi şəhərinə gəlmişdilər. Onlar nümayişçilər önündə çıxış etmişdilər. Bu, 5 günlük müharibənin məhz 5-ci günündə baş vermişdi!
Həmin dövrdə də xüsusilə ABŞ-ın orbitində olan dövlətlərin və beynəlxalq təzyiqlərin güclü olduğunu qeyd edə bilərik. Müharibənin 5 gün davam etməsinin səbəbi kimi Avropa liderlərinin səfərini və Rustaveli prospektində çıxış etməsini hipotetik də olsa güman etsək Rusiya və Ukrayna arasında ehtimal olunan razılaşma yaxın günlərdə imzalanacaq. Bu gün təhlükənin də pik həddində olduğunu nəzərə alaraq sözügedən səfər baş nazirlər səviyyəsində reallaşdı. Hazırda Kreşatikə qədər gedib çıxmaq hər prezidentin hünəri də deyil. Xüsusilə vurğulamaq lazımdır ki, 2008-ci ildə baş verən səfərdə təhlükəsizlik zəmanəti də verilməmişdi. Baş nazirlərin arasında Gürcüstan təmsilçinin olmaması da diqqət çəkir.
Çexiyanın baş naziri Petr Fiala, Polşanın baş naziri Mateuş Moravetski və Sloveniyanın baş naziri Yanez Yanşeyin arasında 2008-ci ildə göstərilən dəstək və həmrəyliyin ödənilməsi baxımdan Gürcüstanın baş naziri İrakli Qaribaşvili də ola bilərdi.
Amma bu artıq başqa təhlilin mövzusudur…
Politoloq İlyas Hüseynov /konkret.az

Siyasi       Tarix: 18 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər son xabar xabarlar cəbhədən yeni xəbərlər