Portağal suyu xəstəlik yarada bilər - DİQQƏT
Qış aylarında qrip olmamaq və immuniteti gücləndirmək üçün çox istifadə edilən portağal meyvə şirəsi əslində bilindiyi kimi faydalı deyilmiş.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu meyvə suyu şəkərli diabet xəstəliyinə yoluxmaq riskini yüksəldir. Ancaq bu o demək deyil ki, tamamilə meyvə şirəsindən imtina etməlisiniz. Mütəxəssislər portağal suyunun içərisində lif olmadığını və bunun da vücudun şəkər dəyərini yüksəltdiyini bildiriblər.
Xüsusilə də Harvard tibbi məktəbində aparılan araşdırmalar zamanı, meyvələrin tərkibində olan lifin, meyvənin sıxıldığı zaman məhv olduğu təsdiq edilib.
Suyunu içmək əvəzinə normal bir portağal yesəniz eyni miqdarda C vitamin və əlavə 3 qram lif qəbul etmiş olacaqsınız.
Gündə 3 dəfə meyvə yemək diabet riskini 18 faiz azaldır. Ayda 3 stəkan alma suyu içən bir insanın diabet olmaq riski isə 15 faiz artır. Gün ərzində bir stəkan portağal suyu içmək isə diabetə tutulmaq riskini 24 faiz artırır.
Qeyd edək ki, amerikalı həkim Joanne Lunn meyvələrin tərkibində olan yüksək şəkər miqdarı səbəbi ilə diqqətli istifadə etməyin vacibliyini vurğulayıb.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ