POS-terminalların sayı zəif artır
2019-cu ilin 3-cü rübündə (iyul-sentyabr) Aəzrbaycanda POS-terminalların sayı 1381 ədəd artaraq 64 min 777 ədədə çatıb. İyun ayının sonunda POS-terminalların sayı 63 min 396 ədədədək düşmüşdü.
Mərkəzi Bankın statistikasına görə, hələ də, ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 2018-ci ilin sonu ilə müqayisədə 1333 ədəd, 2015-ci ilin sonu ilə müqayisədə isə 15 min 524 ədəd azdır. 2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 80 min 301 ədədə çatmışdı. Sonradan sahibkarlar POS-terminallardan imtina etməyə başlamışdılar.
Bu ildən Azərbaycan ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. Müasir e-kassalar POS-terminal funksiyasını da yerinə yetirir. Hazırda sahibkarlar üçün təklif olunan yeni nəsil onlayn-kassalardan biri "AzurPos"dur. Bu qurğu kassa aparatı olmaqla bərabər, həm POS-terminal, həm də ödəniş terminalıdır.
Oktyabr ayının əvvəlinədək ölkədəki iri ticarət mərkəzləri, şadlıq evləri, şəbəkə marketlər, yanacaqdoldurma məntəqələri avtomobil və mebel satışı mərkəzləri e-kassa sisteminə keçməlidilər. Azərbaycanda bu kimi obyektlərin sayının on minlərlə olduğunu nəzərə alsaq POS-terminalların sayının 1381 ədəd artması zəif artımdır.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib