Prezident Aytmatovun ailəsi ilə çay süfrəsi arxasında - FOTOLAR
Qırğızıstanda səfərdə olan Prezident İlham Əliyev görkəmli qırğız yazıçı Çingiz Aytmatovun ev muzeyinə gedib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı əvvəlcə ev muzeyi ilə tanış olub.
Məlumat verilib ki, muzey Bişkek yaxınlığındakı "Ala-Arça" dövlət iqamətgahında – 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayırlar.
Ev muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.
Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.
Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.
Daha sonra Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət ediblər.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.






Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır