Prezident: Azərbaycan Avrasiya regionunun mühüm hissəsidir
Azərbaycan Avrasiya regionunun mühüm hissəsidir və bu, nəqliyyat əlaqələrinə töhfə verir.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan qardaş Türkiyə ilə sıx müttəfiqlik münasibətləri qurub.
"Türkiyəyə yatırımlarımız 20 milyard ABŞ dollarını ötüb. Biz həmçinin Gürcüstanın ən böyük investorlarından biriyik. Hazırda ABŞ-nin kurasiya etdiyi TRIPP layihəsi və əlaqəlilik təşəbbüsü çərçivəsində Asiyadan Xəzər dənizi üzərindən, Azərbaycan, Ermənistan, Azərbaycanın bir hissəsi olan Naxçıvan, Türkiyə və Gürcüstandan keçən mövcud dəhlizlərə əlavə olaraq yeni bir nəqliyyat dəhlizi yaradacağıq. Bu, Gürcüstan üzərindən mövcud marşrutlara əlavə olacaq", – o vurğulayıb.
Prezidentin sözlərinə görə, nəqliyyat marşrutlarının sayının artması həm istehlakçılar, həm təchizatçılar, həm də tranzit ölkələr üçün faydalıdır.
"Buna görə biz dövlət olaraq həmişə regional gündəmimizə fokuslanırıq. Əgər regionda istədiyimizə nail ola bilmiriksə, qlobal ambisiyalara da iddia edə bilmərik. Lakin bu gün, xüsusilə paralel şəkildə inkişaf edən Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan yaxınlaşması fonunda – bu proseslər mütləq şəkildə eyni vaxtda diplomatik münasibətlərin qurulması ilə nəticələnəcək – biz geniş coğrafi məkanı dəyişirik. Bu, Avrasiyanın nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi, sülh və sabitlik üçün əsas əhəmiyyətə malik hissəsidir, uzunmüddətli müharibə və münaqişələrin tərəfdaşlıq və əməkdaşlığa çevrilə biləcəyinə nümunədir", – İlham Əliyev bildirib.
Xidmetler [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX