Prezident: 'Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır

Prezident: 'Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır"Ümid edirik ki, həm ikitərəfli münasibətlər, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində perspektivlər bu cür yaxşı olacaq. Müzakirə ediləsi mövzular çoxdur. Əlbəttə, Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır".
Azxeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Rumıniyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, uzun illər boyu Rumıniya bu əməkdaşlığın möhkəmlənməsi üçün ən fəal rollardan birini oynayıb: "Beləliklə, bizim münasibətlərimiz həm ikitərəfli formatı, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq formatını əhatə edir. Buna görə də burada perspektivlər çoxdur. Fikrimcə, iqtisadi-ticari sahədə və energetika sferasında əməkdaşlıq sahəsində, həm də nəqliyyat sahəsində imkanlar çoxdur. Ona görə ki, bildiyiniz kimi, Azərbaycan ölkənin Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük səy göstərir və bu istiqamətdə böyük işlər görülüb. Lakin çox şey ikitərəfli əlaqələrdən asılıdır. Odur ki, bizim mövcud olan və yaradılmasını planlaşdırdığımız infrastruktur yükgöndərənlər üçün alternativ imkanlar yaradacaq. Beləliklə, bu sahədə də əməkdaşlığa ümid edirik. Lakin bütün başqa istiqamətlər üzrə də biz sizin ölkənizlə əməkdaşlıq üçün həmişə açıq olmuşuq. Zənnimcə, biz bunu qarşılıqlı maraqlar əsasında davam etdirəcəyik".

Siyasi       Tarix: 28 oktyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər kriminal bugun cəbhədən ən son xəbər azerbaycanda son xeberler